Dünya
Pleyeri seçin:
Ermənistanda gərginlik artır: Koçaryanın oğlunu sürüyərək saxladılar
İrəvanda Ermənistan polisi tərəfindən etirazçıların sərt şəkildə saxlanılması davam edir.
Saxlanılanlar arasında ölkənin ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.
Polislər etirazçılara qarşı güc tətbiq edib, onları asfalt boyunca sürüyüblər. Bununla bağlı görüntülərdə bir neçə polisin Koçaryanın oğlunu boğduğu və polis maşınına sürükləməyə çalışdığı əks olunub.
Həmçinin hüquq-mühafizə orqanları əməkdaşlarının etirazçıları təpiklədiyi, sərt davranışlar sərgilədiyinin görüntüləri də yayılıb.
Kopyalandı
Seçilmişlər