Pleyeri seçin:

Tehranın İraqdakı qüvvələrinə qarşı genişmiqyaslı hücum olacaq?

22 dekabr 2025 223 baxış

İraq hökuməti son iki həftə ərzində İsrailin İranın bu ölkədəki proksi qüvvələrinə qarşı genişmiqyaslı hücum edəcəyi ilə bağlı iki ciddi xəbərdarlıq alıb.

Bu barədə “Əl-Şərq Əl-Əvsət” qəzeti məlumatlı mənbələrə istinadla bildirib.

Nəşr yazıb ki, xəbərdarlıqlardan biri bir ərəb ölkəsi, digəri isə Qərb kəşfiyyat xidmətlərindən biri tərəfindən göndərilib.

Vaşinqton və Tehranla münasibətləri yaxşı olan bir ərəb ölkəsi yaxın vaxtlarda İraqa xəbərdarlıq edib ki, ölkə təhlükəli hərbi hücumun astanasındadır. Mesajda hücum riskinin son dərəcə ciddi olduğu vurğulanıb və bildirilib ki, ABŞ də İsrailin hücumuna “yaşıl işıq” yandırıb.

ABŞ Bağdadın silahlı qruplara qarşı zəif mövqeyindən narazıdır və İraq rəhbərliyinin vəziyyətin ciddiliyini tam dərk etmədiyini düşünür. Məlumata görə, İranın proksi qruplarının ləğvi Donald Tramp Administrasiyasının Tehranla danışıqlara yenidən başlamaq üçün irəli sürdüyü əsas şərtlərindən biridir.

Nəşr qeyd edib ki, mümkün hücumların əhatə dairəsinə bu qruplarla əlaqəli dövlət qurumları, “Həşd əş-Şaabi”, nüfuzlu maliyyə və hərbi fiqurlar, anbarlar, PUA və raket obyektləri, eləcə də təlim düşərgələri daxil ola bilər.

İraq rəsmisinin sözlərinə görə, dost ölkələrin xəbərdarlığı İrana bağlı bəzi qrupların müəyyən güzəştlərə getməsi və mövqelərini yumşaltmasına səbəb olub.

“Əl-Şərq Əl-Əvsət” əlavə edib ki, son iki xəbərdarlıq İraqdakı bəzi qruplar arasında yeni mövqelərin formalaşmasına gətirib çıxarıb. Bu mövqelərdə bir tərəfdən silahların yalnız dövlətin nəzarətində olmasının vacibliyi vurğulanır, digər tərəfdən isə hərbi potensialın mərhələli şəkildə ləğvi üçün vaxt və səlahiyyət tələb olunur.

“Ynet” də bundan əvvəl yazmışdı ki, İsrailin mümkün hücumları ilə bağlı xəbərdarlıqlar fonunda İranın İraqdakı proksi qruplarının liderləri silahlarını ölkənin gələcək hökumətinə təhvil verməyə hazır olduqlarını bildiriblər.

Yaxın Şərqdəki hərbi münaqişəsinin ABŞ-yə mənfi təsiri

Yaxın Şərqdəki hərbi münaqişəsinin ABŞ-yə mənfi təsiri

Dünya
25 mart 2026 223 baxış
"Bir neçə saata əmr veriləcək" | ABŞ 3 min hərbçini Yaxın Şərqə göndərir? - Baku TV

"Bir neçə saata əmr veriləcək" | ABŞ 3 min hərbçini Yaxın Şərqə göndərir? - Baku TV

Dünya
25 mart 2026 223 baxış
Vaşinqton Tehrana 15 maddəlik kritik plan göndərdi | Savaşın gedişatı necə olacaq? - Baku TV CANLI

Vaşinqton Tehrana 15 maddəlik kritik plan göndərdi | Savaşın gedişatı necə olacaq? - Baku TV CANLI

Dünya
25 mart 2026 223 baxış
"Hörmüz boğazı ilə bağlı bu gedişlə neftin qiyməti 200 dollara qalxacaq" | Sensasiyalı açıqlama

"Hörmüz boğazı ilə bağlı bu gedişlə neftin qiyməti 200 dollara qalxacaq" | Sensasiyalı açıqlama

Dünya
25 mart 2026 223 baxış
Rusiya Ordusu bu şəhəri bombaladı | Dəhşətli görüntülər

Rusiya Ordusu bu şəhəri bombaladı | Dəhşətli görüntülər

Dünya
25 mart 2026 223 baxış
Ukraynalılara dəhşət yaşadan hadisə

Ukraynalılara dəhşət yaşadan hadisə

Dünya
25 mart 2026 223 baxış
Portuqaliyada kütləvi etiraz aksiyası keçirildi

Portuqaliyada kütləvi etiraz aksiyası keçirildi

Dünya
25 mart 2026 223 baxış
Rusiya-Ukrayna cəbhəsində döyüşlər daha da alovlandı

Rusiya-Ukrayna cəbhəsində döyüşlər daha da alovlandı

Dünya
25 mart 2026 223 baxış
Kuba limanında yardım paketləri boşaldılır

Kuba limanında yardım paketləri boşaldılır

Dünya
25 mart 2026 223 baxış
İran İsrail ərazisinə zərbələr endirdi

İran İsrail ərazisinə zərbələr endirdi

Dünya
25 mart 2026 223 baxış
Seçilmişlər
icon