Kim təslim olacaq? - ABŞ-İran arasında güc balansı: İran hərbi gücünü itirir, yoxsa...? - Baku TV
Amerika Birləşmiş Ştatları və İran arasında müharibəni bitirmək variantları nə qədər uzanırsa, bir o qədər daralır.
Vaşinqton və Təl-Əviv həftələrdir iddia edir ki, İranın hərbi gücü ciddi şəkildə zəiflədilib.
ABŞ Prezidenti Donald Tramp və müharibə naziri Pit Heqset bildirirlər ki, ardıcıl zərbələr Tehran rejiminin komanda strukturunu iflic edib və cavab imkanlarını minimuma endirib. Onların hesablamasına görə, münaqişə artıq sona yaxın olmalıdır.
Amma reallıq fərqlidir. Əksinə, eskalasiya daha sürətli, daha sərt və daha təhlükəli fazaya keçir.
İranın Hind okeanında yerləşən Dieqo Qarsiya bazasına təxminən 3800 kilometr məsafədən raket zərbəsi endirməsi bu müharibənin yeni mərhələyə keçdiyini göstərir. Bu, Tehranın əvvəllər açıqlanmayan və ya yeni inkişaf etdirilən hərbi qabiliyyətidir.
Eyni zamanda İran İsrailin Dimona bölgəsini hədəf aldı, bu isə nüvə infrastrukturu ilə bağlı simvolik və strateji mesajdır: artıq “toxunulmaz obyekt” anlayışı yoxdur.
Bu addımlar göstərir ki, Tehran dağılmayıb, əksinə, koordinasiyalı şəkildə cavab verir.
Lakin maraqlı sual yaranır. Əgər İran rəhbərliyinin böyük hissəsi zərərsizləşdirilibsə, onda qərarları kim verir?
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- İki ərəb dövləti ABŞ tərəfindən İrana qarşı hərbi əməliyyatlara qoşulur? - AKTUAL GÜNDƏM
- ABŞ-İran müharibəsində 5 günlük fasilə: Vaşinqton yeni hücum üçün vaxt qazanır? - AKTUAL GÜNDƏM
- ABŞ İrana dron hücumlarında bu ölkədəki aviabazadan istifadə edir
- ABŞ-yə qarşı görünməmiş zərbə | Sarsıdıcı hücum dünyanı silkələdi, gərginlik artdı - Baku TV
- ABŞ-nin hədəfində o var | İrana rəhbərlik üçün gözlənilməz gediş - Baku TV
