Ermənistanda Rusiya ilə birləşmə çağırışı edən meri nə gözləyir?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda siyasi gərginlik pik həddə çatıb: ölkənin Rusiya ilə "İttifaq Dövləti"ndə birləşməsinə çağırış edən Gümrü şəhərinin meri Vardan Qukasyan həbs təhlükəsi ilə üz-üzədir. "Joqovurd" qəzetinin məlumatına görə, Baş nazir Nikol Paşinyan artıq hüquq-mühafizə orqanlarına müxalif merin fəaliyyətini araşdırmaq barədə gizli tapşırıq verib. Paşinyan aprel ayında Gümrüdə keçirilən seçkilərin saxtalaşdırıldığını və rüşvət yolu ilə qalib gəlindiyini bəyan edərək, faktiki olaraq Qukasyanın həbsi üçün "yol xəritəsi" cızıb. Ermənistan Kommunist Partiyasının üzvü olan Vardan Qukasyan isə ölkənin xilasını Moskva ilə strateji ittifaqda görür. Materialda rəsmi İrəvanın rusiyayönlü siyasətçini zərərsizləşdirmək planları, seçki qalmaqalı və Ermənistandakı daxili siyasi qarşıdurmanın təfərrüatları təhlil olunur.
#Ermənistan teqi istifadə olunub
- Almaniya Cənubi Qafqazda Avropanın təsirini artırmaq istəyir?
- Avropa Cənubi Qafqazda daha çox söz sahibi olmaq istəyir? - AKTUAL GÜNDƏM
- Azərbaycanla bağlantı təmin olunmasa, layihənin heç bir məntiqi yoxdur | Ceyhun Bayramov- Baku TV
- Əvvəl deportasiya, sonra tam qovulma | Kənddə azərbaycanlılardan nə iz qaldı?
- Ermənistanda hər 28 nəfərdən biri Rusiyaya niyə gedib? - Baku TV CANLI
