Pleyeri seçin:

Ermənistanda zəlzələ | Can dərdində olan haylar Fransadan oğurluq etdi

11 dekabr 2023 115 baxış

Rusiyada nəşr olunan “Ekspress qazeta” 1988-ci ilin dekabrında Ermənistanda baş vermiş dağıdıcı zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Spitak şəhərinə gəlmiş jurnalistlər və xilasedicilərin xatirələrini dərc edib.

Məqalədə qeyd olunur ki, faciədən xəbər tutan sovet ölkəsi sonuncu dəfə birləşdi.

"Təyyarələr dünyanın hər yerindən İrəvan və Leninakan hava limanlarına uçurdu. Çadırlar, avadanlıqlar, generatorlar, yeməklər, geyimlər, dərmanlar daşınırdı. Təsəvvür edə bilirsinizmi ki, xalqın belə çətin günündə humanitar yardımı oğurlayanlar vardı? Leninakanda keçirilən müşavirədə vaxtaşırı yoxa çıxan əmlakla bağlı rəqəmlər açıqlanırdı”, – deyə jurnalist, hərbi publisist Vladislav Şurıqin xatirələrini bölüşüb.

O bildirib ki, ermənilərdən ibarət müəmmalı briqadaların təyyarələrə necə yaxınlaşdığını və yükləri naməlum istiqamətə apardığını şəxsən müşahidə edib.

“Yalnız göyərtəsində dəyərsiz bir şey olduqda boşaltma prosesi hərbçilərə həvalə edilirdi. Budur, o dövrə aid qeydlərim: “Soba və yataq kisəsi ilə təchiz olunmuş 500 fransız çadırı,”, “300 alman dizel generatoru”, “15 ton ət konservi”, “2000 dəst qış paltarı”, “10 ton NATO quru qidası”, “3000 adyal”.

Eyni zamanda İrəvanda olduğu kimi, Leninakanda da zərərçəkənlərə isti paltarlar, uşaq paltarları və s. göndərən sadəlövh sovet “samarityan”larının çox sayda bağlamaları vardı. Ən yaxşı halda onlardan əski-üskü kimi istifadə olunurdu. Həqiqətən də ümumxalq həmrəyliyinə belə münasibət görmək təhqiredici və iyrənc idi”, – deyə V.Şurıqin bildirib.

Spitak və Leninakanda işləmiş xilasedicilərin xatirələri jurnalistin sözləri ilə üst-üstə düşür:

“Dağıntılar üzərində axtarış aparanlar arasında çox az yerli sakin vardı: əsasən hərbçilər və könüllülər idi. Dərhal cəfəng şayiələr yayılmağa başladı: deyirdilər ki, rusiyalı hərbçilər geofiziki silahları sınaqdan keçiriblər – məqsədləri ermənilərin diqqətini Qarabağdan yayındırmaqdır.

Hələ insanların sağ tapılması üçün ümidin olduğu bir vaxtda fransalı xilasedicilərin o zamana görə ən son model avadanlıqlarını oğurladılar. Bəzən tanınmaz halda olan meyitlərin bir neçə valideyni ortaya çıxırdı. Onlar bu cansız bədənlər üstündə dava edirdilər. Çünki hər ölən şəxs üçün 200 rubl məbləğində ödəniş edilirdi”.

London küçələri Milad bayramı ərəfəsində bayram ab-havası ilə canlanıb

London küçələri Milad bayramı ərəfəsində bayram ab-havası ilə canlanıb

Dünya
23 dekabr 2025 115 baxış
Hələbdə silahlı qarşıdurmalar davam edir, ölən və yaralananlar var

Hələbdə silahlı qarşıdurmalar davam edir, ölən və yaralananlar var

Dünya
23 dekabr 2025 115 baxış
Ukraynanın hərbi obyektlərinə zərbələr endirildi - 24 SAAT

Ukraynanın hərbi obyektlərinə zərbələr endirildi - 24 SAAT

Dünya
23 dekabr 2025 115 baxış
Fransa ABŞ-nin təkbaşına danışıqlar aparmasını niyə qəbul etmir? - Baku TV

Fransa ABŞ-nin təkbaşına danışıqlar aparmasını niyə qəbul etmir? - Baku TV

Dünya
23 dekabr 2025 115 baxış
Netanyahu Suriyada yeni bir böhran yaratmağa çalışır?

Netanyahu Suriyada yeni bir böhran yaratmağa çalışır?

Dünya
22 dekabr 2025 115 baxış
Putin Tacikistan Prezidentinə başsağlığı verdi

Putin Tacikistan Prezidentinə başsağlığı verdi

Dünya
22 dekabr 2025 115 baxış
Məşhur simalar narkotik əməliyyatı çərçivəsində saxlanıldı

Məşhur simalar narkotik əməliyyatı çərçivəsində saxlanıldı

Dünya
22 dekabr 2025 115 baxış
Rusiyanın ən böyük neft terminallarından biri vuruldu

Rusiyanın ən böyük neft terminallarından biri vuruldu

Dünya
22 dekabr 2025 115 baxış
İŞİD-lə mübarizə üçün əməkdaşlıq müzakirə olunub

İŞİD-lə mübarizə üçün əməkdaşlıq müzakirə olunub

Dünya
22 dekabr 2025 115 baxış
Tehranın İraqdakı qüvvələrinə qarşı genişmiqyaslı hücum olacaq?

Tehranın İraqdakı qüvvələrinə qarşı genişmiqyaslı hücum olacaq?

Dünya
22 dekabr 2025 115 baxış
Seçilmişlər
icon