Hələbdə silahlı qarşıdurmalar davam edir, ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Hələbdə Suriya Ordusu və "Suriya Demokratik Qüvvələri" qruplaşmasının döyüşçüləri arasında irimiqyaslı silahlı qarşıdurmalar davam edir.
Bu barədə "Al Jazeera" məlumat yayıb.
Bildirilib ki, toqquşmalar "Suriya Demokratik Qüvvələri"nin Suriya Ordusuna inteqrasiyası ilə bağlı yüksəksəviyyəli danışıqların fonunda baş verib. Bu proses üçün ayrılan vaxt isə başa çatmaq üzrədir.
Qeyd olunub ki, döyüşçülər Hələbin Şeyxan və Lairmun rayonları yaxınlığında Suriya təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum ediblər və bu səbəbdən Qaziantep-Hələb yolu bağlanıb.
"Syria TV"nin məlumatına görə, "Suriya Demokratik Qüvvələri" tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində azı iki mülki şəxs həlak olub, daha 10 nəfər yaralanıb. Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, döyüşçülərin hücumu nəticəsində iki təhlükəsizlik əməkdaşı da yaralanıb.
"Bu gün axşam Hələbdəki Şeyx Maqsud və Əşrəfiyyə bölgələrində yerləşən "Suriya Demokratik Qüvvələri" birgə nəzarət-buraxılış məntəqələrindəki daxili təhlükəsizlik qüvvələrinə xain hücum həyata keçirib", – deyə Nazirliyin bəyanatında qeyd edilib.
#Suriya teqi istifadə olunub
- Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb
- Dəməşq təhlükəsizlik təminatları axtarır
- Suriya hərəkətə keçir: Yaxın Şərqdə güc balansı necə dəyişəcək? - Baku TV
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
