Dünya
Pleyeri seçin:

Ermənistanla ABŞ arasında imzalanan sənədlər nəyə hesablanıb?

05 dekabr 2023

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavini Laura Kuperlə müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

A.Qriqoryan bildirib ki, ikitərəfli birgə proqramların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi vurğulanıb.

Son günlər baş verən bu kimi hadisələr heç də təsadüfi deyil. Ermənistanın Rusiyadan üz döndərərək Qərbə yönəlməsi, imzalanan sənədlər Birləşmiş Ştatlarla yeni müttəfiqlik münasibətlərinin ilk addımlarıdır. Nikol Paşinyanın Kollektik Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minsk sammitində iştirakdan imtina etməsi də əbəs deyilmiş.

Məsələ ilə bağlı Baku TV-yə danışan belaruslu analitik Yuri Yarmolinskinin fikrincə, Nikol Paşinyanın Qərbin çətiri altına girməsi təkcə region ölkələri yox, xüsusən də KTMT və Rusiya üçün potensial problemdir:

“Bu gün Ermənistanın mövqeyi çox qarışıqdır. Əlbəttə, Qərbə doğru tullanmaq, əl oyuncağına çevrilmək asandır, amma Ermənistanın milli maraqları, cəmiyyəti bunda maraqlıdırmı? Çünki təkcə Ermənistanın Rusiya ilə ticarətinə nəzər salsaq, bugünkü rəqəmlər olduqca yüksəkdir. Rusiyadan Ermənistana böyük miqdarlarda pul axını var, sadə insanlar məhz bu haldan razıdırlar.

Qərb ölkələri isə heç ilk beşlikdə belə yoxdur. Ermənistanın Rusiyaya ixracının sürəti hətta bu ölkənin xarici ticarətinin orta sürətindən də yüksəkdir. İstənilən halda problemli münasibətlərin həll yolu tapılmalıdır, çünki bu ölkə KTMT-nin məsuliyyətində olan ərazidir.

Bu günün əsas məsələsi isə ondan ibarətdir ki, qısa müddət öncə Londonda Ermənistan və Böyük Britaniyanın müdafiə nazirlərinin 2023-2024-cü illər üçün əməkdaşlıq proqramı imzalanıb. Bu prosesdən sonra baş verə biləcək bütün hadisələrə hazır olmaq lazımdır”.

Vurğulamaq yerinə düşər ki, Ermənistanın öz səhvlərini düzəltmək üçün şansı var. Qarşıdakı günlərdə Sankt-Peterburqda Müstəqil Dövlət Birliyinin qeyri-rəsmi sammiti və Avrasiya İqtisadi İttifaqının iclası olacaq. Öncədən imzalanmış protokola əsasən, məhz orada erməni tərəfi sədrliyi öz üzərinə götürməlidir.

Rusiya XİN-dən Ermənistanın KTMT-yə pul göndərməməsinə reaksiya

Rusiya XİN-dən Ermənistanın KTMT-yə pul göndərməməsinə reaksiya

Dünya
16 may 2024
Ərdoğan Gürcüstanın Baş naziri Kobaxidze ilə görüşdü

Ərdoğan Gürcüstanın Baş naziri Kobaxidze ilə görüşdü

Dünya
16 may 2024
Moskvadakı silahlı hücuma görə saxlanılanların həbs müddəti uzadıldı

Moskvadakı silahlı hücuma görə saxlanılanların həbs müddəti uzadıldı

Dünya
16 may 2024
Zelenski Xarkovda yaralı hərbçiləri ziyarət etdi

Zelenski Xarkovda yaralı hərbçiləri ziyarət etdi

Dünya
16 may 2024
Danielyan erməniləri başına topladı | Hökumət binası mühasirə altında

Danielyan erməniləri başına topladı | Hökumət binası mühasirə altında

Dünya
16 may 2024
Fransa DİN-dən vacib məlumat | Yeni Kaledoniyada vəziyyət gərginləşir

Fransa DİN-dən vacib məlumat | Yeni Kaledoniyada vəziyyət gərginləşir

Dünya
16 may 2024
Türkiyəyə qarşı gizli planın ifşası | Coşqun Başbuğ sirləri açdı

Türkiyəyə qarşı gizli planın ifşası | Coşqun Başbuğ sirləri açdı

Dünya
16 may 2024
Kişilər sinələri üçün pul tökür, zibilyığan olmağa can atırlar | Rio de Janeyro - ORALARDA NECƏDİR?

Kişilər sinələri üçün pul tökür, zibilyığan olmağa can atırlar | Rio de Janeyro - ORALARDA NECƏDİR?

Dünya
16 may 2024
Rusiya kanallarından gizli məlumat | Ukraynaya xüsusi döyüşçülər göndərilir?

Rusiya kanallarından gizli məlumat | Ukraynaya xüsusi döyüşçülər göndərilir?

Dünya
16 may 2024
Baqrat uşaqlarla inqilaba hazırlaşır? | Keşişin dəhşətə gətirən görüntüləri

Baqrat uşaqlarla inqilaba hazırlaşır? | Keşişin dəhşətə gətirən görüntüləri

Dünya
16 may 2024
Seçilmişlər
icon