Fars körfəzində neft sızması sahilləri ciddi ekoloji təhlükə qarşısında qoydu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Fars körfəzindəki genişmiqyaslı neft sızması sürətlə son illərdə dünyada baş verən ən ciddi insidentlərdən birinə çevrilir.
Beynəlxalq agentliklərin, peyk görüntülərinin və ekoloji qrupların məlumatlarına görə, neft sızması bir neçə həftə ərzində demək olar nəzarətsiz şəkildə yayılıb.
“Reuters” agentliyi yazır ki, BMT-nin gəmiçilik məsələləri üzrə agentliyinin məlumatına görə, Rusiyaya məxsus neft daşıyan “Kerolayn Bezengi” tankerinin qəzaya uğraması nəticəsində Oman sahillərində yaranan neft ləkəsi ölkənin materik hissəsinə çatıb.
Agentliyin əldə etdiyi peyk görüntülərini araşdıran neft sızmaları üzrə mütəxəssis Con Amosun sözlərinə görə, neft ləkəsi hazırda 2 min kvadratkilometrdən çox ərazini əhatə edir.
Rusiyaya məxsus təxminən 800 min barel nefti daşıyan və beynəlxalq sanksiyalara məruz qalan “Kerolayn Bezengi” tankeri iyunun 30-da Oman adası yaxınlığında saya oturub.
Mənbələrin məlumatına görə, “Kerolayn Bezengi” tankerində partlayış baş verib.
#Fars körfəzi teqi istifadə olunub
- İran ABŞ-yə məxsus PUA-nın vurulması barədə məlumat yayıb - Baku TV
- İran ABŞ-nin Fars körfəzində hərbi fəaliyyətinə görə sərt xəbərdarlıq edib - Baku TV CANLI
- Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV
- Pezeşkian ərəb ölkələri ilə əlaqələri genişləndirir? | Fars körfəzində yeni fəsil
- Savaş İran sərhədlərindən kənara çıxır? - Səfirlik rəsmisindən Fars körfəzi barədə təcili açıqlama
