Pezeşkian ərəb ölkələri ilə əlaqələri genişləndirir? | Fars körfəzində yeni fəsil
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident Məsud Pezeşkian qonşuluq siyasətinin və region ölkələri ilə əlaqələrin genişləndirilməsini İran İslam Respublikasının əsas strategiyası adlandırıb.
Nazirlər Kabinetinin iclasında danışan M.Pezeşkian deyib:
“Mən 12 günlük müharibə zamanı bu milli müqavimətə yüksək komandanlığına görə rəhbərə dərin minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Onun rəhbərliyi və dəstəyi olmasaydı, bu böhrandan çıxmaq, təhlükəsiz və sabit sahilə çatmaq mümkün olmazdı”.
M.Pezeşkian bəyan edib ki, İslam ölkələri arasında həmrəyliyin zəruriliyini nəzərə alaraq və hərtərəfli əməkdaşlığı genişləndirmək məqsədilə İran İslam Respublikası Fars Körfəzi Əməkdaşlıq Şurası ilə əməkdaşlığa tam hazırdır və bununla da qonşularla münasibətlərdə yeni bir fəsil başlayır.
O deyib ki, İran inanır ki, Fars körfəzi regionundakı ölkələr arasında sülh və əməkdaşlıq mümkündür. Fars Körfəzi Əməkdaşlıq Şurası ilə əlaqələrin gücləndirilməsi bütün İslam dünyası və region xalqları üçün sülh, qardaşlıq və inkişaf mesajıdır.
#İran teqi istifadə olunub
- İsrailin Suriyaya qarşı mümkün addımı ilə bağlı xəbərdarlıq
- Pezeşkian niyə qarşıdakı ayların çətin keçəcəyini deyir? - Baku TV CANLI
- Yeraltı infrastruktur və raket qurğuları: İranın yayımladığı görüntülər diqqət çəkdi - Baku TV CANLI
- Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olmaqdan imtina etdi
- İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV
