Pleyeri seçin:
Fikirlərimiz tam şəkildə izah edilib | Ərağçidən açıqlama
“Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampın Omanın vasitəçilik xidmətlərindən istifadə edərək İranın ali dini lideri Əli Xameneiyə ünvanladığı məktubuna rəsmi cavab verib”.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. Nazir ABŞ liderinin məktubuna İranın rəsmi cavabının Oman vasitəsilə lazımi qaydada göndərildiyini açıqlayıb.
“Bu rəsmi cavab məktubunda mövcud vəziyyətlə bağlı fikirlərimiz tam şəkildə izah edilib və qarşı tərəfə məlumat verilib”, − deyə o vurğulayıb.
İranlı nazir əlavə edib ki, ölkəsinin siyasəti maksimum təzyiq və hərbi təhdidlər şəraitində birbaşa danışıqlardan çəkinməkdir. Lakin dolayı yolla danışıqlar əvvəlki təcrübələrdə olduğu kimi davam edə bilər.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ
- ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV
- Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI
- Arizona ştatındakı hərbi bazada atışma baş verib
- Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI
