Pleyeri seçin:
Fransada naməlum şəxs izdihama hücum etdi
Fransanın şərqində yerləşən Ansi şəhərində naməlum şəxs bıçaqla insanlara hücum edib. Bu barədə Fransanın “France24” telekanalı məlumat verib.
Hücum nəticəsində 6-sı uşaq olmaqla, azı 7 nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.
Hücumu həyata keçirən şəxsin İsveçdə qaçqın statusu almış 30 yaş aralığında suriyalı olduğu bildirilir.
Hadisəyə Fransa Prezidenti Emmanuel Makron da münasibət bildirib. Öz “Twitter” hesabında bununla bağlı paylaşım edən Prezident hər kəsin hadisənin şokunda olduğunu deyib.
Qeyd edək ki, hücumu həyata keçirən şəxs artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Fransa teqi istifadə olunub
- Avropanın digər ölkələrində nüvə silahları yerləşdirən Fransanın əsl niyyəti nədir? - Baku TV
- Çempion olan PSJ oyunçuları Makronun qəbulunda
- Azarkeşlərin sevinci iğtişaşlara çevrildi, yüzlərlə saxlanılan var
- PSJ-nin qələbəsindən sonra iğtişaşlar baş verdi
- Ermənistanın hərbi paradında Fransa və Hindistan izi: yeni ittifaq formalaşır? - AKTUAL GÜNDƏM
