İran nüvə silahından əl çəkir? - Bu tarixdə hər şey dəyişə bilər - Baku TV
“İranla razılaşma artıq bu həftəsonu əldə edilə bilər”.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Vaşinqton və Tehran arasında aparılan danışıqların uğurla davam etdiyini bildirib. Trampın sözlərinə görə, danışıqlar müsbət məcrada irəliləsə də, onların nəticəsiz qalması ehtimalı da istisna edilmir.
O, eyni zamanda İran rəhbərliyinin ABŞ ilə danışıqlarda iştirak etdiyini qeyd edərək, Müctəba Xameneinin proseslərə cəlb olunduğunu və ölkə daxilində böyük nüfuza malik olduğunu vurğulayıb. Ağ Ev lideri həmçinin Xamenei ilə görüşmək istədiyini də qeyd edib.
Trampın sözlərinə görə, İran Vaşinqtonla müzakirə olunan saziş çərçivəsində həm nüvə silahı hazırlamaqdan, həm də onu əldə etməkdən imtina etməyə razılaşıb.
O bildirib ki, ilkin mərhələdə yalnız nüvə silahının hazırlanmasından imtina nəzərdə tutulurdu. Sonradan sənədə nüvə silahının alınmasından da imtina ilə bağlı müddəa əlavə olunub.
#ABŞ-İran münaqişəsi teqi istifadə olunub
- ABŞ-dən Qəşm adasına zərbə | Körfəzdə raket və dron hücumları davam edir - Baku TV
- ABŞ Qəşm adasındakı idarəetmə mərkəzinə zərbə endirib - Baku TV CANLI
- Tramp İran-ABŞ danışıqlarının dayandırılması ilə bağlı xəbərləri təkzib etdi
- ABŞ və İsrail arasında narazılıq və ya düşünülmüş plan - Baku TV
- ABŞ-nin İrana təzyiqi öz nəticəsini verir? | Trampdan açıqlama - Baku TV
