Pleyeri seçin:
Fransalı diplomatlar ölkədən niyə çıxarılır? - Əlcəzairdən “cavab atəşi”
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Əlcəzair hökuməti 12 fransız diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Bu barədə “Le Figaro” qəzeti Fransanın xarici işlər naziri Jan-Noel Barroya istinadən yazıb.
“Əlcəzair 12 əməkdaşımızdan 48 saat ərzində ölkə ərazisini tərk etməyi xahiş edib”, ‒ deyə nazir bildirib.
Söhbət Fransanın Daxili İşlər Nazirliyi ilə əlaqəli inzibati və diplomatik işçilərdən gedir. Əlcəzair bu addımı Fransa ərazisində qanun pozuntusunda şübhəli bilinən üç Əlcəzair vətəndaşının saxlanılmasına cavab olaraq atır. Həmin şəxslər aprelin 11-də saxlanılıblar.
Jan-Noel Barro Əlcəzairin bu addımının cavabsız qalmayacağını bildirib.
Kopyalandı
#Əlcəzair teqi istifadə olunub
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
- Əlcəzair hərbçilərinin Nigerə göndərilməsi 53 ildən sonra ilk hal olacaq
- Pərviz Şahbazov Mohamed Arkab ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV
- Ceyhun Bayramov Əlcəzair Prezidenti ilə görüşdü
