Dünya
Pleyeri seçin:
Fransanı silkələyən etiraz dalğası | Nümayişçilər nə tələb edir?
Fransada həmkarlar ittifaqlarının çağırışları ilə dövlət qulluğunda çalışanlar iş şəraiti və maaşlarla bağlı hökumətə qarşı etiraz nümayişi keçiriblər.
Nümayişçilər dövlət xidmətləri üçün daha çox vəsait tələb ediblər.
Təşkilatçılar yürüşdə 200 min, polis isə 130 min nümayişçinin olduğunu bəyan edib. Ümumi Əmək Konfederasiyası sosial və demokratik böhrandan narahatlığını bildirib.
“Emmanuel Makron həmkarlar ittifaqı təşkilatlarını, işçiləri dinləməlidir. Ölkəmiz sosial böhran vəziyyətindədir, maaşlar və pensiyalar qiymətlərdən geri qalır və böhran bizi narahat edir”, – deyə həmkarlar ittifaqları rəhbərləri bəyan ediblər.
Həmçinin nümayişçilər gələcək hökuməti dövlət işçiləri ilə düzgün əlaqə yaratmağa çağırıblar.
Kopyalandı
Seçilmişlər