Pleyeri seçin:

Fransaya qarşı sərt bəyanat | Parisin ikiüzlü siyasəti ifşa edildi

15 oktyabr 2024 443 baxış

Yeni Kaledoniyadan sonra Martinikdəki bugünkü üsyan təsadüfi deyil.

Bu barədə Fransa Müstəmləkələrinin Beynəlxalq Azadlıq Cəbhəsinin yaydığı bəyanatda deyilir.

Qeyd edilib ki, Yeni Kaledoniya və Martinikin haqlı tələblərinə məhəl qoymayan Fransa buna yalnız repressiya və zorakılıqla cavab verir.

“Bu iki ərazi iqtisadi cəhətdən çöküb və ticarət fəaliyyətlərindən əldə olunan mənfəətlər yalnız müstəmləkəçilər tərəfindən mənimsənilir. Sakit okean hövzəsində kaldoşlar və Karib dənizi sahillərində bekelərin əldə etdikləri mənfəətlər ƏDV vasitəsilə Fransa dövlətinin xəzinəsini şişirdir.

Martiniki bürüyən bugünkü sosial qəzəbin iki əsas səbəbi var: yaşamağın baha olması və yerli əhaliyə qarşı hörmətsizlik. Ərzaq qiymətlərinin ifrat səviyyəsi, zəif inkişaf, aşağı gəlirlər və davamlı müstəmləkə yoxsulluğun nəticəsidir. Bundan əlavə, bu vəziyyət Martinik torpaqlarının müsadirəsi, ikili məhkəmə sistemi, gənclərin kütləvi köçü müstəmləkə siyasəti problemləri ilə bağlıdır. Bu, Martinikdəki müstəmləkə sisteminin dözülməz təzahürüdür”, – deyə bəyanatda vurğulanıb.

Bildirilib ki, ilk dinc etirazlara Fransa dövləti bir daha adsız zorakılıqla cavab verdi və hazırda repressiyanı tətbiq etməkdə davam edir.

“Beynəlxalq Azadlıq Cəbhəsi keçmişə aid üsul-idarəyə qarşı çıxır. Çünki bunlar müstəmləkəçi dövlətin demokratik tənəzzülünü nümayiş etdirir. Cəbhə hesab edir ki, həqiqi bir dekolonizasiya strategiyasının həyata keçirilməsi zəruridir. Bu strategiya Martinik xalqına xidmət edən və onun ləyaqətli gələcəyini təmin edəcək iqtisadi sistem qurmağa yönəlməlidir. Cəbhə Kanakinin institusional problemlərinin və müvafiq iki ərazisinin iqtisadi, sosial və siyasi problemlərinin demokratik həllini tələb edir. Bu həll öz müqəddəratını təyinetmə və müstəqilliyə doğru real addım olmalıdır”, – deyə Fransa Müstəmləkələrinin Beynəlxalq Azadlıq Cəbhəsinin yaydığı bəyanatda vurğulanıb.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 443 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 443 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 443 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 443 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 443 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 443 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 443 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 443 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 443 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 443 baxış
Seçilmişlər
icon