G7-dən Rusiyaya qarşı təzyiqi gücləndirməyi kim tələb edir?
ABŞ-nin maliyyə naziri Skott Bessent Britaniya, Almaniya və Kanadadan olan həmkarları ilə görüşlərində Vaşinqton administrasiyasının Rusiyaya qarşı iqtisadi təzyiqin artırılmasını gözlədiyini bildirib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bessentin yazılı açıqlamasına görə, keçən həftə Vaşinqtonda keçirilən görüşlərdə britaniyalı maliyyə naziri Reyçel Rivs, Almaniyanın maliyyə naziri Lars Klinqbayl və Kanadanın maliyyə naziri Fransua-Filipp Şampan iştirak edib.
Məlumata görə, Bessent Rivs ilə görüşdə ABŞ administrasiyasının Avropadan G7 çərçivəsində Rusiyaya qarşı koordinasiya olunmuş təzyiqin artırılmasında aparıcı rol gözlədiyini vurğulayıb.
Klinqbayla görüşdə o, Avropa ölkələrindən G7 vasitəsilə Rusiyaya qarşı təzyiqin aktiv şəkildə artırılmasını tələb etdiyini bildirib.
Kanadalı həmkarı ilə görüşdə isə Bessent Kanadadan Avropa və Britaniya ilə birgə Rusiyaya qarşı iqtisadi təzyiqin gücləndirilməsini gözlədiyini söyləyib.
Həmçinin Bessent Avropa Komissiyasının iqtisadiyyat və məhsuldarlıq üzrə üzvü Valdis Dombrovski ilə görüşdə qeyd edib ki, Avropa G7 çərçivəsində Rusiyaya qarşı iqtisadi təzyiqi aktiv şəkildə artırmalıdır.
#ABŞ teqi istifadə olunub
- ABŞ və Çin liderlərinin görüşü iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər? - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
- Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq
- ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR
- ABŞ-nin Arktikadakı yeni hərbi planı regional balansı necə dəyişəcək? - Baku TV CANLI
