Girovların siyahısı verilmədən atəşkəs olmayacaq | Netanyahudan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzza zolağında planlaşdırılan atəşkəs Fələstinin HƏMAS hərəkatı azad ediləcək girovların siyahısını İsrailə təqdim etməyənə qədər başlamayacaq.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.
Məlumata görə, HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində yanvarın 19-da mübadilə zamanı azad edilməsi planlaşdırılan girovların siyahısının İsrailə verilməsini təxirə salıb. Bu, texniki səbəblərlə əlaqələndirilir.
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı girovların siyahısını İsrailə təhvil vermədiyini təsdiqləyib.
“HƏMAS atəşkəs razılaşmasının şərtlərinə əməl etdiyini təsdiqləyir, lakin qeyd edir ki, girovların siyahısının verilməsində gecikmə texniki səbəblərlə bağlıdır”, – sənəddə deyilir.
Eyni zamanda HƏMAS hərəkatının öhdəliklərini pozması səbəbindən atəşkəs qüvvəyə minmədiyi üçün İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terrorçuların hədəflərinə zərbələr endirməkdə davam edir. Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, artilleriya və aviasiya Qəzzanın şimalında və mərkəzində bir sıra terrorçuların hədəflərinə zərbələr endirib. Vurğulanıb ki, İsrail Ordusu hazır vəziyyətdədir və ölkə vətəndaşlarının zərər görməsinə imkan verməyəcək.
#İsrail teqi istifadə olunub
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
