Pleyeri seçin:

Gürcüstan hökumətindən vətəndaşları sevindirəcək addım

17 iyun 2024 355 baxış

Gürcüstanda koronavirus pandemiyası dönəmində karantin rejimi qaydalarının pozulmasına görə vətəndaşlara yazılan cərimələr silinəcək.

Qonşu ölkənin Baş naziri İrakli Kobaxidzenin verdiyi məlumata görə, amnistiya iki minə yaxın vətəndaşa şamil ediləcək.

Səhiyyə üzrə ekspert Maka Beluaşvili pandemiya dövründə xəstəxanalara yazılan cərimələrin də silinəcəyini bildirib:

“Səhiyyə Nazirliyinin və hökumətin təşəbbüsü ilə COVID-19 dövründə vətəndaşlara və hüquqi şəxslərə yazılmış cərimələrin silinməsi qərara alındı. Pandemiya dövründə vəziyyət çox gərgin idi və istər sənədləşmə, istərsə də müəyyən icazələrin alınması, müraciətlərin edilməsi kimi hallarda səhvlər baş verirdi. Bu da öz növbəsində cərimələrin yazılmasına gətirib çıxarırdı.

Qeyd edim ki, vətəndaşlarla yanaşı, xəstəxanalar da cərimələnmişdi ki, bütün bunlar sənədləşmə ilə bağlı idi. Çətin zamanda əsas məqsədin insan həyatını xilas etmək olduğunu nəzərə alsaq, bu gün cərimələrin silinməsi çox düzgün qərardır”.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarına əsasən, 1855 fiziki və 38 hüquqi şəxs sözügedən cərimələrdən azad olunacaq. Ümumi məbləğ 5,6 milyon lari, təqribən 3,5 milyon manat təşkil edəcək.

Luvr muzeyinin Apollon qalereyası 9 aylıq fasilədən sonra açılıb

Luvr muzeyinin Apollon qalereyası 9 aylıq fasilədən sonra açılıb

Dünya
23 iyul 2026 355 baxış
Şanxayda Dünya Süni İntellekt Konfransı keçirilib

Şanxayda Dünya Süni İntellekt Konfransı keçirilib

Dünya
23 iyul 2026 355 baxış
SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Dünya
23 iyul 2026 355 baxış
Hava şəraiti 5,7 mindən çox insanın ölümünə səbəb olub

Hava şəraiti 5,7 mindən çox insanın ölümünə səbəb olub

Dünya
23 iyul 2026 355 baxış
Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir

Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir

Dünya
23 iyul 2026 355 baxış
NATO beş illik maliyyələşdirmə planını təsdiqləyib

NATO beş illik maliyyələşdirmə planını təsdiqləyib

Dünya
23 iyul 2026 355 baxış
Moskvada “İki çay” festivalında hündürlükdən suya tullanma yarışı keçirilib

Moskvada “İki çay” festivalında hündürlükdən suya tullanma yarışı keçirilib

Dünya
23 iyul 2026 355 baxış
HƏMAS fələstinli qruplaşmaları birləşməyə çağırıb

HƏMAS fələstinli qruplaşmaları birləşməyə çağırıb

Dünya
23 iyul 2026 355 baxış
ABŞ SEPAH-ın iddiasını təkzib edib

ABŞ SEPAH-ın iddiasını təkzib edib

Dünya
23 iyul 2026 355 baxış
Ermənistanda Karapetyan ailəsinin daha bir üzvü hədəfdə - Baku TV CANLI

Ermənistanda Karapetyan ailəsinin daha bir üzvü hədəfdə - Baku TV CANLI

Dünya
23 iyul 2026 355 baxış
Seçilmişlər
icon