Dünya
Pleyeri seçin:
Gürcüstan Prezidenti kimin sifarişini yerinə yetirəcək? - Kobaxidzedən qalmaqallı açıqlama
“Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrini birmənalı olaraq tanımır və onları qeyri-legitim adlandıracaq”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib.
“Bu, hazırlanmış ssenaridir. Mən sizi indidən əmin edə bilərəm ki, Zurabişvili bunu deyəcək”, – o vurğulayıb.
İ.Kobaxidze əlavə edib ki, prezident bununla müxalifət partiyalarının sifarişini yerinə yetirəcək.
Kopyalandı
Seçilmişlər