Pleyeri seçin:
Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsinin "qara qutu"su ilə bağlı açıqlama
“Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsinin qara qutuları ölkəmizdə oxunacaq”.
Bunu “Haber Global” telekanalının efirində İstanbul Altınbaş Universitetinin dosenti, hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Güçlüer deyib.
Onun sözlərinə görə, Türkiyə axtarış-xilasetmə işləri üçün bölgəyə “Akıncı” hücum tipli Pilotsuz Uçuş Aparatı göndərib.
“Odur ki, yaxın müddət ərzində qara qutuların tapılma ehtimalı çox yüksəkdir. Eyni zamanda qara qutular bizdə oxunacaq, Amerikaya göndərilməyəcək”, – E.Güçlüer deyib.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
