Hakan Fidan və Rubio arasında qeyri-rəsmi görüş | Detallar açıqlandı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində ABŞ-nin Dövlət katibi Marko Rubio ilə görüşüb.
Türkiyənin Xarici İşlər Nazirliyindən “Report”un yerli bürosuna verilən məlumata görə, görüşdə dövlət başçısı səviyyəsində nəzərdə tutulan səfərlər üçün aparılan işlər müzakirə edilib.
Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həlli ətrafında Türkiyə ilə ABŞ-nin son dövrlər həyata keçirdiyi diplomatik təmasların əhəmiyyəti qeyd olunub. Tərəflərin birbaşa danışıqlar aparması üçün səylərin davam etdiriləcəyi bildirilib.
Fələstindəki hadisələrin müzakirə edildiyi görüşdə Hakan Fidan Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün addımların atılmasının vacibliyini vurğulayıb.
#Hakan Fidan teqi istifadə olunub
- Hakan Fidanın qətərli həmkarı ilə birgə mətbuat konfransı baş tutub
- ABŞ və İran danışıqları bərpa etməyə hazır deyil | Hakan Fidan - Baku TV
- Azərbaycan və Türkiyə XİN başçıları hansı məsələləri müzakirə etdi? - Baku TV
- Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə nələrdən danışdı? - Baku TV CANLI
- İran Türkiyəyə raket atdı, nazirlər təcili telefonla danışdı, Səfir XİN-də çağırıldı - Baku TV
