Hakan Fidandan Suriya barədə kritik mesaj | Ciddi addımlar atmaq lazımdır
“Suriyanın yeni hakimiyyət orqanları üçün prioritet enerji sektorunun və hava nəqliyyatının bərpasıdır”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə keçirdiyi mətbuat konfransında deyib.
“Mümkün qədər tez bir zamanda ciddi addımlar atmaq lazımdır. Suriya ilə bağlı tətbiq edilən beynəlxalq sanksiyaların aradan qaldırılması da vacibdir. Bundan əlavə, Suriyanın bütün ərazisində təhlükəsizliyin təmin edilməsi və ölkədə fəaliyyət göstərən bütün silahlı qrupların Milli Ordunun komandanlığı altında birləşməsi vacibdir”, – H.Fidan bildirib.
Türkiyə xarici işlər naziri həmçinin terrorla mübarizəni vacib proses adlandırıb.
“Biz bu prosesi yaxından izləyirik. Suriyada terrorun davam etməsinə dözmək niyyətində deyilik”, – deyə H.Fidan Suriyanın şimalında fəaliyyət göstərən PKK qüvvələrinə işarə edib.
#Hakan Fidan teqi istifadə olunub
- Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə nələrdən danışdı? - Baku TV CANLI
- İran Türkiyəyə raket atdı, nazirlər təcili telefonla danışdı, Səfir XİN-də çağırıldı - Baku TV
- Müharibə hansı halda genişlənə bilər? | Regionda təhlükə siqnalı - Baku TV
- Türkiyə nüvə silahına sahib olmaq istəyir?
- Hakan Fidanla Abbas Əraqçi arasında telefon danışığı olub
