Hakan Fidandan xəbərdarlıq: Bölgədə yeni gərginlik ocağı yaranır
“Suriya məsələsi Türkiyənin xarici siyasətinin prioritet mövzularından biri olaraq qalır”.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir Türkiyənin səyləri nəticəsində Suriyanın beynəlxalq ictimaiyyətə yenidən inteqrasiyası sahəsində qısa müddətdə böyük irəliləyiş əldə olunduğunu bildirib:
“Qarşıdakı dövrdə Suriyanın ərazi bütövlüyü və birliyinin qorunması əsasında təhlükəsizlik təmin edilməlidir. PKK və İŞİD uzantıları başda olmaqla Suriyanın bütün terror ünsürlərindən təmizlənməsi və bütün silahlı qrupların vahid ordu çətiri altında birləşdirilməsi vacibdir.
Xalqın bütün təbəqələrinin təmsil olunduğu inklüziv bir idarəetmə qurulmalı, beynəlxalq ictimaiyyətin aktiv dəstəyi ilə ölkənin yenidən qurulması, iqtisadi inkişafın təmin edilməsi və geri dönüşlərin dayanıqlı hala gətirilməsi bizim əsas prioritetlərimizdir”.
Hakan Fidan əlavə edib ki, əldə olunan irəliləyişlərə baxmayaraq, Suriyada təhlükəsizlik və sabitlik qarşısında hələ də müxtəlif çağırışlar mövcuddur:
“10 mart razılaşmasının (SDQ/YPG-nin Suriya Ordusuna inteqrasiyasının) həyata keçirilməsi üçün ABŞ və Suriya hökuməti ilə yaxın koordinasiya davam etdirilir. Digər yandan İsrailin Quneytra, Dəra və Süveyda bölgələrində apardığı fəaliyyətlər cənubda yeni bir gərginlik xətti yaradır.
Bütün bu risklərin qarşısını almaq üçün Suriyanın terrorla mübarizə qabiliyyətinin gücləndirilməsinə yönəlik fəaliyyətlərimiz sistematik xarakter alıb. Suriya ərazisindən milli təhlükəsizliyimizə təhdid yarada biləcək bir mühitin formalaşmasına heç vaxt imkan verməyəcəyik”.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- İrandan Türkiyəyə raket hücumu | Tehrandan izahat tələb edildi - Baku TV CANLI
- İran Türkiyəyə raket atdı, nazirlər təcili telefonla danışdı, Səfir XİN-də çağırıldı - Baku TV
- Müharibə hansı halda genişlənə bilər? | Regionda təhlükə siqnalı - Baku TV
- Türkiyə nüvə silahına sahib olmaq istəyir?
- Hakan Fidan: “İsrail bölgədə qeyri-sabitlik yaratmağa son verməlidir”
