Pleyeri seçin:
“Hazırda onlarla məsləhətləşmələr aparılır” | İran XİN-dən açıqlama
“İran son günlər ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla heç bir əlaqə saxlamayıb və danışıqların aparılması ilə bağlı müraciət etməyib”.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Son bir neçə gün ərzində mənimlə Uitkoff arasında heç bir təmas olmayıb. Biz danışıqların aparılması üçün müraciət etməmişik”, – o qeyd edib.
İran XİN rəhbəri əlavə edib ki, bəzi ölkələr vasitəçi rolunda çıxış edir və Tehran onlarla məsləhətləşmələr aparır:
“Əlbəttə, vasitəçi qismində çıxış edən ölkələr var və biz onlarla əlaqə saxlayırıq”.
Qeyd edək ki, Stiv Uitkoff yanvarın 21-də CNBC telekanalına müsahibəsində ABŞ-nin İranla danışıqlar aparmadığını, lakin tərəflər arasında müəyyən təmasların olduğunu bildirmişdi.
Kopyalandı
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Regionda müharibə anonsu | ABŞ hərəkətə keçir? - 24 SAAT
- "İran öz gücünə əmindir, lazım gələrsə..." | Bəqaidən ABŞ-yə sərt xəbərdarlıq - Baku TV
- Rəsmi Tehrandan Vaşinqtona xəbərdarlıq | "Əgər bu baş versə..." - ANA XƏBƏR
- Nəhəng hərbi donanma İrana doğru hərəkət edir, Tehran izləyir
- "Onların planı alt-üst oldu" | İrandakı iğtişaşlarda 30 min nəfər öldürüldü? - Baku TV
