“Həyat tamamilə dayanıb” | Fələstinli qaçqın vəziyyəti açıqladı
Uzun fasilədən sonra humanitar yardım daşıyan yük maşınları nəhayət ki, Qəzzaya daxil olub. Ərzaq və tibbi ləvazimatlarla dolu yük karvanı Xan Yunisdən keçərək şəhərin mərkəzinə doğru hərəkət edib.
Bu hadisə İsrail və Fələstinin HƏMAS qruplaşması arasında əldə edilən razılaşma nəticəsində mümkün olub. Razılaşmaya əsasən, Qəzzaya göndəriləcək humanitar yardımların sayının artırılması və anklavın şimalı ilə cənubu arasında iki əsas yol boyunca sərbəst hərəkətə icazə verilməsi nəzərdə tutulur.
İsrail və HƏMAS arasında 2023-cü il oktyabrın 7-də başlayan və iki il davam edən müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilər artıq Qəzzaya geri qayıtmağa başlayıblar. Bu, bölgədəki həyatın tədricən bərpa olunacağına dair ümid yaradır.
#Qəzza zolağı teqi istifadə olunub
- “Nuxba” bölməsinin 4 komandiri öldürülüb
- İsrailin hava hücumu Qəzzada daha doqquz nəfərin həyatına son qoyub - Baku TV
- Yaxın Şərqdə vəziyyət gərginləşir | Qəzzada silahlar niyə "susmur"? - Baku TV CANLI
- Netanyahu ilə görüşən Cared Kuşner müzakirələrdən sonra açıqlama verib - Baku TV
- Qəzzanın taleyi Misirdə həll edilir? | Anklavda nələr dəyişəcək? - Baku TV CANLI
