Hidroelektrik stansiyası harada inşa ediləcək? | 137 milyard dollarlıq layihə
Çinin Tibet Muxtar Vilayətində dünyanın ən böyük hidroelektrik layihəsi inşa ediləcək.
Bənd Tibet yaylasında Çindən Hindistana çətin relyefdə axan çay üzərində inşa ediləcək. Bəndin ildə təqribən 300 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi deyilir.
Bənd hazırda Çində və dünyada ən böyük su elektrik stansiyası olan Hubei əyalətindəki Üç Vadi bəndindən üç dəfə çox gücə sahib olacaq.
Məlumata görə, bəndin tikintisi 137 milyard dollara başa gələcək. Tikili dünyanın indiyədək ən bahalı infrastruktur layihəsi kimi tarixə düşəcək.
Dağlıq və sərt relyefdə inşa ediləcək bəndin tikintisinin mühəndislik baxımından çətin problemlərlə üzləşəcəyi deyilir. Bəndin tikintisi üçün Namça Barva dağında 20 kilometr uzunluğunda 4-5 tunelin açılması planlaşdırılır.