Dünya
Pleyeri seçin:
Hücumda ölənlər əslində kimdir? - İsrail mediasından qalmaqallı açıqlama
“Suriyada aviazərbələr nəticəsində dağıdılan bina İran səfirliyinə aid deyil”.
Belə bir iddia ilə İsrail mediası çıxış edib. Xəbərdə sözügedən tikilinin SEPAH-ın xüsusi təyinatlı qüvvələri tərəfindən istifadə edilən hərbi struktur olduğu qeyd olunub.
Məlumat üçün bildirək ki, Suriyada İrana məxsus konsulluq binasına edilən hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusu təşkilatının 7 üzvü də daxil olmaqla 11 nəfər həyatını itirib. Rəsmi Tehran hadisəyə görə İsraili ittiham etsə də, Tel-Əviv hələ də məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Suriya İnsan Haqları Müşahidə Qrupunun yaydığı informasiyaya görə, Dəməşqə endirilən aviazərbələr nəticəsində ölənlərdən biri HİZBULLAH hərbi qruplaşmasının üzvüdür.
Kopyalandı
Seçilmişlər