İran niyə geri addım atır? - İsrailə zərbədən ona görə çəkindilər ki...
“Tehran beynəlxalq arenada öz ritorikasını kəskin şəkildə dəyişib və ABŞ-də respublikaçı Donald Trampın seçkidə qələbəsindən sonra Vaşinqtonla münasibətlərdə gərginliyi azaltmağa çalışır”.
Bu barədə “The New York Times” qəzetinin mənbələri məlumat veriblər.
Qeyd olunur ki, İran artıq bir neçə həftədir, sərt bəyanatlardan imtina edib və onları daha barışdırıcı bəyanatlarla əvəz edib: bu, həm ölkə daxilində, həm də xaricində baş verən hadisələrə aiddir.
Mənbələrin sözlərinə görə, bu, Tehranın öz yanaşmasını yenidən nəzərdən keçirmək qərarı, o cümlədən Trampın noyabrın 5-də seçkidə qələbəsi ilə bağlıdır. İddia edilir ki, İslam Respublikasında narahatlıq yaradan onun qeyri-müəyyənliyidir.
Bundan əlavə, “The New York Times” bildirir ki, İranın siyasətinə iqtisadi böhran və Tehranın ən yaxın və ən vacib hərbi müttəfiqi olan Livanın “Hizbullah” hərəkatının zəifləməsi təsir göstərib.
Qəzet əlavə edir ki, bütün bu amilləri nəzərə alan İran Trampın yeni administrasiyası ilə münasibətləri gərginləşdirməmək üçün İsrailə cavab zərbəsi endirməkdən də çəkinib.
#İran teqi istifadə olunub
- İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - "Şübhəli məqamlar var" - Zərbənin bilinməyənləri
- İranın başına çuval keçirmiş mediası | Naxçıvana hücumu necə ört-basdır etmək istədilər? - Baku TV
- SEPAH-ın planlaşdırdığı terror aktlarının qarşısı alınıb
- Bakıda terrora hazırlıq: DTX SEPAH-ın izini sildi - Baku TV
- Tramp Tehrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib
