İran rəsmiləri ABŞ Prezidentinin bəyanatını təkzib edib - Baku TV
İran rəsmiləri və dövlət mediası ABŞ Prezidenti Donald Trampın İran həbsxanalarından amerikalı vətəndaşın azad olunması barədə verdiyi bəyanatı qəti şəkildə rədd edib.
“IRIB News” agentliyinin yaydığı məlumata görə, İran tərəfi ölkə həbsxanalarında saxlanılan hər hansı ABŞ vətəndaşının azad olunması və ya mübadilə edilməsi faktını tamamilə təkzib edib.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev rəhbəri Donald Tramp özünün “Truth Social” hesabında bir ABŞ vətəndaşının azadlığa buraxıldığını iddia edib. Ağ Ev rəhbəri 2024-cü ilin dekabrında İranda saxlanılan ABŞ vətəndaşına ölkəni tərk etməyə icazə verildiyini bildirib.
O qeyd edib ki, Co Bayden hakimiyyəti dövründə əsassız olaraq saxlanılan ABŞ vətəndaşı artıq İranı tərk edib və özünü yaxşı hiss edir. “ABŞ İranın bu xoşməramlı addımını yüksək qiymətləndirir”, – deyə Tramp yazıb.
Həmin şəxsin vəkili Cared Genser də müştərisinin azad olduğunu təsdiqləyib. Lakin Tehranın rəsmi mövqeyi bu məlumatla ziddiyyət təşkil edərək, vəziyyətdə ciddi diplomatik anlaşılmazlığın olduğunu göstərir.
#ABŞ-İran münaqişəsi teqi istifadə olunub
- Vaşinqton-Tehran xəttində diplomatiya qapıları yenidən bağlanır - Baku TV CANLI
- “Diplomatiya alınmasa, zərbə endirəcəyik” | İrandan xəbərdarlıq
- İran razılaşmaya hazırdır? | Tramp buna açıq şəkildə şübhə etdiyini bildirir - Baku TV
- ABŞ və İran üz-üzə | Danışıqların taleyi necə olacaq? - Baku TV
- ABŞ İranla müharibədə “MQ-9 Reaper”lərinin 25 faizini itirib
