Pleyeri seçin:

"Onun əlindən tutub irəlilədim" | Əraqçi ABŞ-nin hücumundan necə xilas olduğunu danışdı - Baku TV

23 iyul 2026 15 baxış

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin hücumları zamanı yaşadıqlarından danışıb.

Əraqçi hücumun baş verdiyi səhər mərhum ali rəhbər Əli Xameneinin baş katibinin müavini Hicaziyə məlumat verdiyini bildirib.

Onun sözlərinə görə, bina bir neçə saniyə ərzində ard-arda üç partlayışla silkələnib.

“Üçüncü partlayışdan sonra tavan, divarlar, hər şey üzərimizə çökdü. Hicazinin əlindən tutdum və dağıntılar arasından irəliləməyə çalışdıq”, – deyə Əraqçi bildirib.

İranlı nazir qeyd edib ki, düşmən rəhbər heyəti hədəfə alaraq ölkəni iflic edəcəyini düşünüb, lakin buna nail ola bilməyib. Əraqçi həmçinin rəsmi avtomobilinin də vurulduğunu, Xarici İşlər Nazirliyinə isə yoldan keçən bir nəfərin köməyi ilə çatdığını deyib.

Xatırladaq ki, bundan əvvəl Abbas Əraqçi müharibədən əvvəl bütün mümkün ssenarilər, o cümlədən ölkənin ali liderinin öldürülməsi ehtimalının belə ən yüksək səviyyədə nəzərdən keçirildiyini bildirmişdi.

Onun sözlərinə görə, bu ehtimal üçün də əvvəlcədən xüsusi fəaliyyət planı hazırlanıb və buna görə də hər hansı böhranlı vəziyyət baş verəcəyi təqdirdə İran rəhbərliyi dərhal reaksiya verməyə tam hazır olub.

“Bütün ssenarilər müharibədən əvvəl nəzərdən keçirildi. Hətta liderin öldürüləcəyi təqdirdə nə edəcəyimiz barədə planımız var idi. Buna görə də heç təəccüblənmədik və hər şeyə hazır idik”, – deyə Əraqçi qeyd edib.

İranın xarici işlər naziri əlavə edib ki, Ali Milli Təhlükəsizlik Şurasının iclaslarında ali liderin öldürülməsi ehtimalını birbaşa ifadə etmək çətin olduğundan bunun üçün məxfi “110 kodu”ndan istifadə olunub. İclas iştirakçılarının hamısı isə bu şifrənin hansı mənanı kəsb etdiyini çox yaxşı biliblər.

Putin sülh danışıqlarını niyə təxirə salır? | ABŞ-nin təklifinə Moskvadan cavab - Baku TV CANLI

Putin sülh danışıqlarını niyə təxirə salır? | ABŞ-nin təklifinə Moskvadan cavab - Baku TV CANLI

Dünya
23 iyul 2026 15 baxış
Ara qarışdı: Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili toplanmasını istədi - Baku TV CANLI

Ara qarışdı: Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili toplanmasını istədi - Baku TV CANLI

Dünya
23 iyul 2026 15 baxış
Luvr muzeyinin Apollon qalereyası 9 aylıq fasilədən sonra açılıb

Luvr muzeyinin Apollon qalereyası 9 aylıq fasilədən sonra açılıb

Dünya
23 iyul 2026 15 baxış
Şanxayda Dünya Süni İntellekt Konfransı keçirilib

Şanxayda Dünya Süni İntellekt Konfransı keçirilib

Dünya
23 iyul 2026 15 baxış
"Onu Zelenskinin özü əvəz etməli idi" | Ukrayna Ordusunda, əslində, nə baş verir? - Baku TV

"Onu Zelenskinin özü əvəz etməli idi" | Ukrayna Ordusunda, əslində, nə baş verir? - Baku TV

Dünya
23 iyul 2026 15 baxış
SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Dünya
23 iyul 2026 15 baxış
Hava şəraiti 5,7 mindən çox insanın ölümünə səbəb olub

Hava şəraiti 5,7 mindən çox insanın ölümünə səbəb olub

Dünya
23 iyul 2026 15 baxış
Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir

Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir

Dünya
23 iyul 2026 15 baxış
NATO beş illik maliyyələşdirmə planını təsdiqləyib

NATO beş illik maliyyələşdirmə planını təsdiqləyib

Dünya
23 iyul 2026 15 baxış
Moskvada “İki çay” festivalında hündürlükdən suya tullanma yarışı keçirilib

Moskvada “İki çay” festivalında hündürlükdən suya tullanma yarışı keçirilib

Dünya
23 iyul 2026 15 baxış
Seçilmişlər
icon