Pleyeri seçin:

İran və İsrail arasında razılaşma əldə olunacaq? | Sensasiyalı açıqlamanın detalları

07 iyul 2025 521 baxış

İranın nüvə proqramının tamamilə məhv edilməsi mümkün deyildir və bu problemi həll etmək üçün yalnız diplomatik səylər və danışıqlar lazımdır.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossi Varşavada jurnalistlərlə görüşü zamanı bildirib.

“İranın nüvə proqramına dəymiş ciddi ziyan nəzərə alınsa, hələ də bu problemin davamlı həllinə ehtiyacımız var. Həll yolu hərbi ola bilməz, çünki İran kimi texnoloji və sənaye bazası mühüm olan bir ölkənin nüvə potensialını tamamilə məhv etmək mümkün deyil”, − deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu məsələnin həllinə yönəlmiş hər bir ssenaridə əsas diqqət diplomatik razılaşmalara yönəlməlidir. Bu razılaşmaların bir hissəsi müvafiq sistem yoxlanışını da əhatə etməlidir:

“Əks halda biz çox kövrək razılaşma ilə üzləşəcəyik. Bu proses münaqişədən sonrakı mərhələyə keçib. Ümid edirəm ki, biz yaxın vaxtlarda bu danışıqların tempini artırıb tərəflər arasında razılaşma əldə etməyə kömək edəcəyik”.

Xatırladaq ki, İranın BAEA ilə münasibətlərində son dönəmlərdə gərginlik artıb. Belə ki, iyun ayının sonunda İran parlamenti ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını dayandırmağa dair qanun layihəsini təsdiqləyib. İyulun 2-də isə İran Prezidenti Məsud Pezeşkian bu qanunu imzalayıb.

Diplomatik mənbələr bildirir ki, İranın bu qərarı həmçinin ölkə daxilində nüvə proqramı ilə bağlı daha çox sual və narahatlıq doğurub. Lakin R.Qrossi İranla danışıqların davam etdirilməsinin vacibliyini və münaqişənin sülh yolu ilə həll edilməsinin zəruriliyini vurğulayıb.

Rəsmi Minsk Kiyevdən nə tələb etdi? - ANA XƏBƏR

Rəsmi Minsk Kiyevdən nə tələb etdi? - ANA XƏBƏR

Dünya
18 iyun 2026 521 baxış
İran və ABŞ arasında məxfi danışıqların pərdəarxası

İran və ABŞ arasında məxfi danışıqların pərdəarxası

Dünya
18 iyun 2026 521 baxış
Bu ölkədə də uşaqların sosial şəbəkədən istifadəsinə qadağa qoyuldu - Baku TV

Bu ölkədə də uşaqların sosial şəbəkədən istifadəsinə qadağa qoyuldu - Baku TV

Dünya
18 iyun 2026 521 baxış
Ermənistan Baş naziri müxalifətin iddialarını rədd etdi - Baku TV CANLI

Ermənistan Baş naziri müxalifətin iddialarını rədd etdi - Baku TV CANLI

Dünya
18 iyun 2026 521 baxış
Yaxın Şərqdə yeni dövr: Türkiyənin liderliyində yeni nizam formalaşır? - AKTUAL GÜNDƏM

Yaxın Şərqdə yeni dövr: Türkiyənin liderliyində yeni nizam formalaşır? - AKTUAL GÜNDƏM

Dünya
18 iyun 2026 521 baxış
İsrail Livanla bağlı ABŞ ilə inadkar danışıqlar aparır | “Reuters”

İsrail Livanla bağlı ABŞ ilə inadkar danışıqlar aparır | “Reuters”

Dünya
18 iyun 2026 521 baxış
Pakistanın Baş naziri İranla bağlı vacib paylaşımını niyə yenilədi?

Pakistanın Baş naziri İranla bağlı vacib paylaşımını niyə yenilədi?

Dünya
18 iyun 2026 521 baxış
Zelenskidən Rusiyaya hücumlar barədə diqqətçəkən açıqlama

Zelenskidən Rusiyaya hücumlar barədə diqqətçəkən açıqlama

Dünya
18 iyun 2026 521 baxış
ABŞ İranla memorandum imzalandıqdan sonra qoşunlarını regiondan çıxaracaq

ABŞ İranla memorandum imzalandıqdan sonra qoşunlarını regiondan çıxaracaq

Dünya
18 iyun 2026 521 baxış
NATO ölkələrinə xəbərdarlıq edən Pit Heqset nələr dedi? - Baku TV CANLI

NATO ölkələrinə xəbərdarlıq edən Pit Heqset nələr dedi? - Baku TV CANLI

Dünya
18 iyun 2026 521 baxış
Seçilmişlər
icon