İran və Rusiya arasındakı hərbi əməkdaşlıq nələrə təsir edə bilər? - Sensasiyalı xəbərin detalları
İran Rusiya istehsalı olan “S-400 Triumf” zenit-raket kompleksinin ilkin sınağını uğurla həyata keçirib.
Bu barədə “Brics News” iyulun 26-da məlumat yayıb.
Məlumata görə, sınaq İsfahan şəhəri yaxınlığında baş tutub. Təlim zamanı “S-400” sisteminin bütün əsas komponentləri – radarlar və raket buraxılış qurğuları aktivləşdirilib və kompleksin döyüş hazırlığı yoxlanılıb. İranın bu addımı regionda narahatlıqla qarşılanıb.
Analitiklər hesab edirlər ki, Tehranın Rusiya ilə hərbi-texniki əməkdaşlığı daha da dərinləşir və bu, xüsusilə Yaxın Şərqdəki balanslara və hava təhlükəsizliyi sistemlərinə təsir göstərə bilər.
Xatırladaq ki, “S-400” sistemləri dünyanın ən qabaqcıl Hava Hücumundan Müdafiə vasitələrindən sayılır və bir neçə hədəfi eyni anda vurmaq qabiliyyətinə malikdir. İranın bu texnologiyanı əldə etməsi İsrail və ABŞ kimi regional və qlobal aktorlar üçün strateji çağırış kimi qiymətləndirilir.
#İran teqi istifadə olunub
- Netanyahudan şok iddia | Sui-qəsd cəhdinin arxasında kim dayanır? - Baku TV
- ABŞ İranla ticarət edən ölkələrə qarşı sanksiyaları yenidən genişləndirir - Baku TV CANLI
- Pezeşkiandan ABŞ-yə sərt mesaj: İran müqavimətini davam etdirəcək - Baku TV
- Pezeşkiandan ABŞ-yə sərt mesaj: ABŞ İranın süqut edəcəyini düşünürdü - Baku TV CANLI
- Regionda gərginlik artır | Tehrandan yeni xəbərdarlıq - Baku TV CANLI
