İran xarici işlər naziri Pakistan ordusu rəhbərliyi ilə danışıqlar aparıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran xarici işlər naziri Abbas Əraqçi Tehranda Amerika Birləşmiş Ştatları ilə danışıqlarda vasitəçi olan Pakistan Ordusunun komandanı feldmarşal Asim Munirlə görüşüb.
Görüş Tehran və Vaşinqton arasında ilkin razılaşma çərçivəsinin əldə olunmasına dair ehtimallar fonunda baş tutub.
Görüşdə tərəflər gərginliyin artmasının qarşısını almaq, İrana qarşı müharibəyə son qoymaq, eləcə də Qərbi Asiyada sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi yollarını müzakirə ediblər.
Eyni zamanda Abbas Əraqçi bu səylər çərçivəsində mayın 23-də Türkiyə, Qətər və İraqın xarici işlər nazirləri, həmçinin BMT-nin Baş katibi Antoni Quterreşlə telefon danışığı aparıb.
“ABŞ-nin həddindən artıq tələbləri danışıqlar prosesində əsas maneədir”, – deyə İranın xarici işlər naziri Quterreşə müharibənin dayandırılması üçün aparılan mövcud diplomatik proseslə bağlı son vəziyyətdən danışıb.
O bildirib ki, ABŞ-nin öhdəliklərə əməl etməməsi, xüsusilə diplomatiyaya qarşı təkrarlanan xəyanətləri, İrana qarşı hərbi təcavüzü, eləcə də ziddiyyətli mövqeləri və həddindən artıq tələbləri Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə mane olur.
Əraqçi vurğulayıb ki, İran ABŞ-yə qarşı ciddi etimadsızlığa baxmayaraq, məsuliyyətli yanaşma və tam ciddiyyətlə bu diplomatik prosesə qoşulub və məqbul, ədalətli nəticəyə nail olmaq üçün çalışır.
BMT-nin Baş katibi dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı güc tətbiqini rədd edərək BMT Nizamnaməsinin prinsiplərinə əməl olunmasının, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün diplomatik yolların seçilməsinin vacibliyini qeyd edib.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- İran nüvə öhdəliklərinə sadiq olduğunu və əməkdaşlığın vacibliyini vurğuladı - Baku TV
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
