İrana qarşı ən effektiv hücum planı | İsrail Ordusu hərəkətə keçir?
“The Economist” nəşri İrana cavab zərbəsini necə endirməklə bağlı İsrailə məsləhətlər verib.
Nəşrin vəziyyəti dəyərləndirən təhlilçiləri belə qərara gəliblər ki, nüvə obyektlərini vurmaq ağıllı seçim olsa da, kifayət qədər risklidir. Çünki bütün hədəflər yerin altında ciddi qorunan bunkerlərdə yerləşir.
İranın rəhbər şəxslərini raket zərbəsi ilə aradan götürmək də alınan deyil. Çünki hazırda Tehran hava hücumundan sistemli şəkildə qorunur. Raket bazalarına hücum ilk baxışda məntiqli görünür, amma onlar ölkənin müxtəlif ostanlarına səpələniblər, bir-birindən uzaqdadırlar, üstəlik, Tehran bu halda itkilərini qısa müddətdə bərpa edəcək.
“The Economist”in ekspertləri belə qərara gəliblər ki, ən yaxşı hədəf İranın limanları və neft terminallarıdır. Bu obyektlər strateji olsalar da, yaxşı qorunmurlar. Onların sıradan çıxarılması İrana gələn valyuta axınının qabağını kəsəcək və ölkənin iqtisadiyyatına ciddi zərbə vuracaq. Bu isə sosial vəziyyəti gərginləşdirəcək və daxili etirazların artmasına səbəb olacaq. Sonradan sosial etirazlar siyasi xarakter ala və hakimiyyətə qarşı yönələ bilər.