Pleyeri seçin:

İranda bu xalqlara elə davranırlar ki... | Güneyli rejissor od püskürdü

24 iyul 2024 339 baxış

“Şovinzmə baş əyməyəcəyəm, bütün filmlərimi ana dilim olan türkcə çəkmişəm və bundan sonra da belə edəcəyəm. Bu dili daha yaxşı bilir, fikir və duyğularımı daha güclü ifadə edə bilirəm”.

Bu sözləri güneyli rejissor Vəhid Nami deyib.

O, Tehranın “29 Bəhmən” kinoteatrında keçirilən konfransda özü və qardaşı Nəvid Naminin yaradıcılığı barədə danışıb, türk dilinə qadağalar və məhdudiyyətləri tənqid edib.

Konfransda iştirak edən jurnalistlərdən biri Vəhid Namiyə filmlərini türk dilində çəkdiyinə görə irad bildirib və bunun məntiqsiz olduğunu deyib.

“Bir rejissor öz ana dilində film çəkdiyinə görə sorğu-sual edilməməli, cavabdehlik daşımamalıdır. Kimlər bu qaydanı qoyub? Bu məcburiyyətlərin və qaydaların əleyhinəyəm və öz dilimdə film çəkməyə davam edəcəyəm. Təbriz şəhəri boyda olan Kosova kimi kiçik bir ölkədə 3 dil rəsmi dövlət dili kimi qəbul olunub. Yaradıcılığımın türk dilində olmasına irad bildirmək şovinizm nümunəsidir, bu isə artıq alınmayacaq”, – təbrizli rejissor cavab verib.

O, uzun illər İranda qeyri-fars xalqlara, dillərə və mədəniyyətlərə qarşı ədalətsiz davranıldığını, onların kimliyi, dili və mədəniyyətinin təhrif edildiyini deyib.

Rejissor hakim sistemdə təmsil olunan bir sıra güc mərkəzlərinin xalqların milli kimliyini saxtalaşdırmağa və özlərinin mənafeyinə uyğun formalaşdırmağa çalışdıqlarını, ancaq bunun nəticə verməyəcəyini bildirib.

Qeyd edək ki, Vəhid Hüseyni Nami 1975-ci ildə Təbrizdə anadan olub, kino sənəti üzrə təhsil alıb, 20-dən çox qısametrajlı və sənədli film çəkib.

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 339 baxış
Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Dünya
26 sentyabr 2026 339 baxış
Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 339 baxış
ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 339 baxış
Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Dünya
26 sentyabr 2026 339 baxış
ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 339 baxış
Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Dünya
26 sentyabr 2026 339 baxış
Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Dünya
26 sentyabr 2026 339 baxış
Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Dünya
26 sentyabr 2026 339 baxış
Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Dünya
26 sentyabr 2026 339 baxış
Seçilmişlər
icon