İranda qum fırtınası fəlakəti | Şəhəri toz dumanı bürüdü
Yeniliklərdən dərhal xəbərdar olun
İranda qum fırtınası səbəbi ilə 800-dən çox insan tənəffüs və ürək probleminə görə xəstəxanaya müraciət edib.
Bu barədə ölkə mətbuatında məlumat verilib. Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin rektor müavini Dr. Meysəm Muazi hadisə ilə bağlı açıqlama verib.
Muazinin sözlərinə görə, Xuzistan vilayətində baş verən güclü qum fırtınası nəticəsində son 24 saat ərzində 802 nəfər tənəffüs və ürək-damar problemləri səbəbi ilə xəstəxanalara müraciət edib. Onlardan 92-si stasionar müalicəyə qəbul olunub, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Xuzistan Meteorologiya İdarəsinin məlumatına görə, qum fırtınası İraq mənşəlidir. İdarə bölgədə hava şəraitinin təhlükəli səviyyəyə çatdığını nəzərə alaraq cümə axşamı və cümə günləri üçün “qırmızı xəbərdarlıq” elan edib.
#İran teqi istifadə olunub
- Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR
- ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Zəngəzur dəhlizi risk altındadır
- “Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV
