Pleyeri seçin:

İrandan cavab gecikmədi | Hörmüz boğazı "savaş meydanı"na çevrilib? - Baku TV

13 mart 2026 589 baxış

İran bəzi ölkələrin gəmilərinin Hörmüz boğazı vasitəsilə keçməsinə icazə verib.

Bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi danışıb.

O həmçinin ABŞ və İsraillə müharibə şəraitində su yolunun faktiki olaraq bağlı qalmasına baxmayaraq, İranın boğazda mina yerləşdirməsi iddialarını təkzib edib.

"Bəzi ölkələr artıq boğazdan keçməklə bağlı bizimlə danışıb və biz onlarla əməkdaşlıq etmişik. İran hesab edir ki, təcavüzə qoşulan ölkələr Hörmüz boğazından təhlükəsiz keçiddən faydalanmamalıdır. Biz istəyirik ki, İrana bir daha müharibə tətbiq olunmayacağına əmin olaq. 2025-ci ilin iyununda müharibə başlayanda, 12 gündən sonra guya hərbi əməliyyatlar dayandırıldı. Lakin 8-9 aydan sonra onlar yenidən toparlanaraq bunu təkrar etdilər", – deyə diplomat bildirib.

İran həmçinin gəmilərin Hörmüz boğazından keçməsi üçün şərtlərini açıqlayıb. Hörmüz boğazından keçən gəmilər İran Hərbi Dəniz Qüvvələri ilə razılaşdırılmalıdır.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün gəmilər öz keçidlərini İran Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirməlidir", – deyə diplomat vurğulayıb.

Bəqai qeyd edib ki, ABŞ və İsrailin bölgədə yaratdığı etibarsızlıq gəmi daşımalarına mənfi təsir göstərə bilər, lakin Tehran Hörmüz boğazının təhlükəli olmasını istəmir.

Banner
Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?

Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?

Dünya
01 noyabr 2026 589 baxış
Trampdan İrana yeni zərbə mesajı

Trampdan İrana yeni zərbə mesajı

Dünya
01 noyabr 2026 589 baxış
Polşada daxili gərginlik

Polşada daxili gərginlik

Dünya
01 noyabr 2026 589 baxış
Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib

Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib

Dünya
01 noyabr 2026 589 baxış
Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər

Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər

Dünya
01 noyabr 2026 589 baxış
Neft tankeri minaya düşüb, yoxsa vurulub?

Neft tankeri minaya düşüb, yoxsa vurulub?

Dünya
01 noyabr 2026 589 baxış
2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir

2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir

Dünya
01 noyabr 2026 589 baxış
Ukrayna müharibəsinin taleyi  yenidən diqqət mərkəzindədir - Baku TV CANLI

Ukrayna müharibəsinin taleyi yenidən diqqət mərkəzindədir - Baku TV CANLI

Dünya
01 noyabr 2026 589 baxış
Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI

Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 589 baxış
Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV

Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV

Dünya
01 noyabr 2026 589 baxış
Seçilmişlər
icon