Pleyeri seçin:

İrandan sərt ittiham: “ABŞ əvvəldən xoşniyyətli olmayıb”

03 sentyabr 2025 346 baxış

“Nüvə danışıqları prosesi davam edərkən İsrailin ABŞ-nin dəstəyi ilə İrana hücumu Vaşinqtonun əvvəldən xoşniyyətli olmadığını nümayiş etdirir”.

Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib.

Ölkə rəsmisi ABŞ ilə danışıqların bərpasının mümkünlüyü barədə suala cavab olaraq deyib ki, Tehran Vaşinqtonun bundan əvvəl törətdiyi əməlləri nəzərə almadan ikitərəfli münasibətlərinin gələcəyini müzakirə edə bilməz.

“İlk növbədə ABŞ ilə danışıqlar zamanı İsrailin hücumuna məruz qaldığımızı həmişə nəzərə almalıyıq. Sionist rejim ABŞ ilə koordinasiya və əməkdaşlıq şəraitində İrana qarşı qeyri-qanuni hücumlar həyata keçirib”, – deyə Tehran rəsmisi vurğulayıb.

İ.Bəqayi Avropa ölkələrinin Birləşmiş Millətlər Təşkilatının İrana sanksiyaları bərpa etməsini tənqid edərək bu addımı “son dərəcə məsuliyyətsiz və məntiqsiz”, o cümlədən də “hər hansı bir hüquqi əsası olmayan hərəkət” adlandırıb.

ABŞ-nin 2015-ci il nüvə razılaşmasından çıxmasından sonra Avropanın müqavilədəki öhdəliklərini yerinə yetirmədiyini iddia edən İran rəsmisi əlavə edib:

“Bizim razılaşmaya əməl etməməmizdən danışarkən hansı razılaşmadan söhbət getdiyini onlardan soruşmalıyıq”.

Xarici İşlər Nazirliyinin sözçüsü İranın saziş çərçivəsindəki öhdəliklərini dayandırmaq üçün atdığı addımların tamamilə qanuni və razılaşma çərçivəsində olduğunu iddia edərək bunun ABŞ-nin geri çəkilməsinə cavab olduğunu bildirib.

İranın zərbəsindən yaşayış binası zədələnib

İranın zərbəsindən yaşayış binası zədələnib

Dünya
19 mart 2026 346 baxış
Tehranda İsrail və ABŞ bayraqları yandırıldı

Tehranda İsrail və ABŞ bayraqları yandırıldı

Dünya
19 mart 2026 346 baxış
Yük gəmiləri Hörmüz boğazından Keniyaya gəldi

Yük gəmiləri Hörmüz boğazından Keniyaya gəldi

Dünya
19 mart 2026 346 baxış
Alimlər “sehrli üçlüyü” tapdılar

Alimlər “sehrli üçlüyü” tapdılar

Dünya
19 mart 2026 346 baxış
İsrailin zərbələrindən sonra Beyrutun mərkəzi

İsrailin zərbələrindən sonra Beyrutun mərkəzi

Dünya
19 mart 2026 346 baxış
İnsanın əhvalını yaxşılaşdıran maddələr aşkarlandı

İnsanın əhvalını yaxşılaşdıran maddələr aşkarlandı

Dünya
19 mart 2026 346 baxış
VI Felipe Madriddə Zelenskini qəbul edib

VI Felipe Madriddə Zelenskini qəbul edib

Dünya
19 mart 2026 346 baxış
Pezeşkian ABŞ və İsrailin İrana zərbələrini qətiyyətlə pislədi - Baku TV

Pezeşkian ABŞ və İsrailin İrana zərbələrini qətiyyətlə pislədi - Baku TV

Dünya
19 mart 2026 346 baxış
İranın cavab addımları regionu genişmiqyaslı müharibəyə aparır? - AKTUAL GÜNDƏM

İranın cavab addımları regionu genişmiqyaslı müharibəyə aparır? - AKTUAL GÜNDƏM

Dünya
19 mart 2026 346 baxış
Minlərlə hədəf necə məhv edildi? | ABŞ və İsrailin hücumlarının dəhşətli nəticəsi - Baku TV

Minlərlə hədəf necə məhv edildi? | ABŞ və İsrailin hücumlarının dəhşətli nəticəsi - Baku TV

Dünya
19 mart 2026 346 baxış
Seçilmişlər
icon