Pleyeri seçin:

İsa Məsih barədə təsəvvürləri alt-üst edən faktlar | Həqiqi görünüşü necə olub?

05 dekabr 2024 410 baxış

Xristianlar əsrlər boyu İsa Məsihi açıq dərili, uzun saçlı, saqqallı və geniş geyimdə təsvir ediblər. Lakin mütəxəssislər və alimlər hesab edirlər ki, əslində İsa tanıdığımız bu obrazdan tamamilə fərqli görünürdü.

Bunu “Deyli Meyl” nəşri yazıb.

Nəşrin araşdırmasına görə, İsanın həqiqi portretini təsvir etməyə müəyyən ipucları kömək edə bilər:

“Qədim dünya tarixi üzrə mütəxəssislər düşünürlər ki, İsanın həqiqi portreti qəbul edilmiş kanonlarla uyğun gəlmir. Tarixçilər və teoloqlar əmindirlər ki, İncil mətnlərində və arxeoloqların məlumatlarında xristianların əsas simvolunun təxmini portretini yaratmağa imkan verən ipucları var.

Alimlər razılaşırlar ki, İsa yəhudi xalqına mənsub olub və çox güman ki, qədim arami dilində danışıb. Buna görə də onun açıq rəngli gözləri, uzun saç və saqqalı olmayıb. Əksinə, tünd rəngli gözləri, orta uzunluqda dalğalı saçları, səliqəli saqqalı olduğu ehtimal edilir”.

İsanın geyimi də teoloqlar və dindarlar arasında mübahisə mövzusudur. Əksər xristianlar onu geniş və açıq rəngli geyimlərdə, ipək sandallarla təsvir edirlər. Lakin London Kral Kollecindən professor Coan Teylor hesab edir ki, İsanın dülgər ailəsindən gəldiyini nəzərə alsaq, o, daha praktik geyimlərdən istifadə edərdi.

Mütəxəssislər İsanın fiziki göstəricilərini də qeyd edirlər. Şeffild Universitetində Bibliya və dini fənlər üzrə dərs deyən doktor Meredit Uorren əmindir ki, dülgərlik işləri ilə məşğul olmaq, eləcə də digər ağır fiziki işlər onun bədənini möhkəmləndirmişdi.

Nəşr əlavə edir ki, Bibliyada İsanın dəqiq təsvirinə dair heç bir məlumat yoxdur. Beləliklə, tarixin gedişində xristianların əsas simvolunun ümumi qəbul edilmiş portreti dəyişib. Uzun saçlı, uzun saqqallı və geniş geyimdə kişi obrazı Orta əsrlər və İntibah dövrlərində, xüsusilə də ikonayazma dövründən Leonardo da Vinçinin əsərlərinə qədər möhkəm yer tutmağa başlayıb.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 410 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 410 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 410 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 410 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 410 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 410 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 410 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 410 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 410 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 410 baxış
Seçilmişlər
icon