Pleyeri seçin:

İslamabad görüşü niyə gecikir?

20 aprel 2026 129 baxış

“İran ABŞ hökumətinə güvənmir”.

Bunu İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkə hesabında yazıb.

“Öhdəliklərə sadiqlik istənilən dialoqa haqq qazandıran məntiqdir”, – o bildirib.

Məsud Pezeşkian əlavə edib ki, İranda ABŞ hökumətinin əvvəlki addımlarına qarşı dərin kök salmış tarixi etimadsızlıqdan əlavə, Amerika rəsmilərinin son günlərdəki qeyri-konstruktiv və ziddiyyətli yanaşması özündə acı bir mesaj daşıyır:

“Onlar İranın təslim olmasını tələb edirlər, İran xalqı isə təzyiqə baş əymir”.

Bu arada İran ABŞ ilə yaxın günlərdə növbəti raundu İslamabadda keçirilməli olan danışıqlarda iştirak etməkdən hələ də imtina edir.

Bu barədə “Tasnim News” mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın vitse-prezident Ceyms Devid Vensin və ABŞ nümayəndə heyətinin digər üzvlərinin Pakistana yola düşməsi barədə bəyanatına baxmayaraq, İranın danışıqlarda iştirak etməmək qərarı indiyədək dəyişməyib.

Qeyd olunur ki, İranın iştirakı müəyyən ilkin şərtlərin yerinə yetirilməsindən asılıdır. Agentliyin məlumatına görə, Hörmüz boğazındakı İran limanlarının hərbi-dəniz blokadası məsələsi danışıqlar yolunda çox ciddi maneədir. Lakin dəniz blokadası məsələsindən başqa, amerikalıların mesaj mübadiləsində qarşıdan gələn danışıqların aydın perspektivlərini göstərməyən digər kobud səhvlər də yer alır.

Beləliklə, bəzi fundamental maneələr aradan qaldırılana və İran üçün məqbul olan razılaşmanın əldə olunması üçün aydın perspektivlər formalaşana qədər danışıqlarda iştirak etməyə heç bir əsas yoxdur.

Pekində böyük alver: Tayvanın əvəzinə Çin İranı ABŞ-yə güzəştə getdi? - AKTUAL GÜNDƏM

Pekində böyük alver: Tayvanın əvəzinə Çin İranı ABŞ-yə güzəştə getdi? - AKTUAL GÜNDƏM

Dünya
16 may 2026 129 baxış
Hörmüz boğazından keçid qaydaları dəyişir | İran yeni mexanizm hazırladı - ANA XƏBƏR

Hörmüz boğazından keçid qaydaları dəyişir | İran yeni mexanizm hazırladı - ANA XƏBƏR

Dünya
16 may 2026 129 baxış
Türkiyədə xarici kəşfiyyat xidmətlərinə məxfi məlumat ötürən şəxslər saxlanıldı - Baku TV CANLI

Türkiyədə xarici kəşfiyyat xidmətlərinə məxfi məlumat ötürən şəxslər saxlanıldı - Baku TV CANLI

Dünya
16 may 2026 129 baxış
Yaponiyada güclü zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq edildi

Yaponiyada güclü zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq edildi

Dünya
16 may 2026 129 baxış
Peskov türk dilini necə öyrənməsi barədə danışdı - Baku TV

Peskov türk dilini necə öyrənməsi barədə danışdı - Baku TV

Dünya
16 may 2026 129 baxış
Rusiya Prezidenti Si Cinpinin dəvəti ilə Çinə rəsmi səfər edəcək - Baku TV CANLI

Rusiya Prezidenti Si Cinpinin dəvəti ilə Çinə rəsmi səfər edəcək - Baku TV CANLI

Dünya
16 may 2026 129 baxış
İngiltərədə məktəb virusa görə bağlandı?

İngiltərədə məktəb virusa görə bağlandı?

Dünya
16 may 2026 129 baxış
Pezeşkian Roma Papasına təşəkkür etdi | Hörmüzün aqibəti necə olacaq? - Baku TV

Pezeşkian Roma Papasına təşəkkür etdi | Hörmüzün aqibəti necə olacaq? - Baku TV

Dünya
16 may 2026 129 baxış
ABŞ-dən sensasiyalı əməliyyat | Tramp öldürülən lider barədə açıqlama verdi - Baku TV

ABŞ-dən sensasiyalı əməliyyat | Tramp öldürülən lider barədə açıqlama verdi - Baku TV

Dünya
16 may 2026 129 baxış
Tramp İranla bağlı nələri dedi? | Yaxın Şərqdə gərginlik yenidən yüksəlir? - Baku TV CANLI

Tramp İranla bağlı nələri dedi? | Yaxın Şərqdə gərginlik yenidən yüksəlir? - Baku TV CANLI

Dünya
16 may 2026 129 baxış
Seçilmişlər
icon