İsrail Ağ Evə güvənib HƏMAS-ın "gününü qaraltmaq" istəyir
Yaxın Şərqdə kartlar yenidən paylanır. İsrail hökuməti Vaşinqtondakı yeni administrasiyanın — Donald Trampın tam dəstəyinə güvənərək HƏMAS qruplaşmasını həm hərbi, həm də diplomatik müstəvidə tamamilə küncə sıxışdırmaq üçün hərəkətə keçib. Baku TV-nin təqdim etdiyi süjetdə bildirilir ki, İsrail ordusu Qəzzanın cənubunda əməliyyatları intensivləşdirərkən, Ağ Ev HƏMAS-ın maliyyə mənbələrini qurutmaq və beynəlxalq legitimliyini sıfıra endirmək üçün sanksiya paketləri hazırlayır. Süjetdə xüsusilə Qətərə edilən təzyiqlər, HƏMAS liderlərinin sığınacaq imkanlarının məhdudlaşdırılması və İsrailin "müharibəni qələbə ilə bitirmək" planı təhlil olunur. Trampın "müharibəni mən gələnə qədər bitirin" mesajının İsrail hərbi kabinetində necə qarşılandığı və regionun yeni xəritəsi barədə ən son məlumatlar Baku TV-də.
#İsrail teqi istifadə olunub
- ABŞ və İsraillə hərbi gərginlik İrana baha başa gələcək? - Baku TV
- İsraildən növbəti dəhşətli hava hücumundan anbaan video - Baku TV
- İsrailin zərbələri nəticəsində ölənlərin sayı artıb
- İsrail və ABŞ İranda kürdləri necə hərəkətə gətirir? - Baku TV
- Biz pis adamlarla mübarizə aparırıq | Netanyahu son vəziyyətdən danışdı - Baku TV
