İsrail gəmiləri Qırmızı dənizdən çəkilir? - Silahlı qruplaşmanın lideri açıqladı
Husilərlə ABŞ-Britaniya qüvvələri arasında gərginlik hələ də davam edir.
“Ənsarallah” hərəkatının lideri Əbdülməlik əl-Husi açıqlama verərək əsgərlərinin Ədən körfəzindəki İsrailə gedən bütün gəmilərə mane olacaqlarını deyib.
Bildirib ki, husilər mövqelərini qoruyub saxlamağa hər zaman davam edəcək.
“Son həftələr ərzində İsrailə gedən bütün gəmilərin Qırmızı dənizi keçməsinin qarşısı alınıb. ABŞ və Birləşmiş Krallıq sözügedən gəmilərin təhlükəsizliyini təmin edə bilmədilər. Buna görə də bu hadisə bizim üçün əsl qələbə və ordumuz üçün çox vacib nailiyyətdir.
Biz Yəmən xalqı olaraq öz inanclarımıza və məsuliyyətimizə əsaslanaraq, dənizdəki mövqeyimizi qoruyub saxlamağa və irəliləməyə davam edəcəyik”, – Əbdülməlik əl-Husi deyib.
Husilərin lideri çıxışı zamanı ərəb ölkələrinə də çağırış edib. O, ərəb dünyasını münaqişəni dayandırmaq üçün tədbirlər görməyə və mübarizə aparmağa çağırıb.