Pleyeri seçin:

İsrail-Livan münaqişəsi fonunda Eyal Zamir sərt xəbərdarlıq edib - Baku TV

29 iyun 2026 345 baxış

İsrail Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir İsraillə Livan arasında əldə olunan razılaşmanı "tarixi və mühüm" adlandırıb.

"The Times of Israel" xəbər verir ki, onun sözlərinə görə, bu razılaşma İsrail Ordusunun son aylarda əldə etdiyi hərbi uğurlar nəticəsində mümkün olub.

Zamir bildirib ki, məhz hərbi nailiyyətlər siyasi rəhbərliyə diplomatik razılaşma əldə etmək üçün şərait yaradıb.

Baş Qərargah rəisi onu da vurğulayıb ki, İsrail Ordusu əldə olunan təhlükəsizlik üstünlüyünü qorumaqda davam edəcək və zərurət yarandığı halda fəaliyyətini davam etdirməyə hazırdır.

O qeyd edib ki, hərbçilər ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə bütün istiqamətlərdə yüksək hazırlıq vəziyyətində qalırlar.

Qeyd edək ki, iyunun 26-da İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə İsrail Müdafiə Ordusu bölmələrinin Livanın cənubundakı bir sıra rayonlardan mərhələli şəkildə çıxarılmasının başlanmasını nəzərdə tutan çərçivə sazişi imzalayıblar. Sənəd münaqişənin dayandırılmasını, Livanın özünün bütün ərazisi üzərində tam suveren nəzarətinin bərpasını, eləcə də qeyri-dövlət silahlı birləşmələrin tərksilah edilməsini və onlarla bağlı infrastrukturun ləğvini nəzərdə tutur. Bu şərtlər yerinə yetirildikdən sonra İsrail qüvvələri mərhələli şəkildə ölkədən çıxarılacaq.

Banner
Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır

Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır

Dünya
26 oktyabr 2026 345 baxış
Silahlı quruplaşmalara qarşı hərbi əməliyyatlar sərtləşdirilib, Milli Azadlıq Ordusunun 10 üzvü öldürülüb

Silahlı quruplaşmalara qarşı hərbi əməliyyatlar sərtləşdirilib, Milli Azadlıq Ordusunun 10 üzvü öldürülüb

Dünya
26 oktyabr 2026 345 baxış
Mənzil etirazı Madriddə əsrlik köç ənənəsinin marşrutunu dəyişib

Mənzil etirazı Madriddə əsrlik köç ənənəsinin marşrutunu dəyişib

Dünya
26 oktyabr 2026 345 baxış
Çinin şimal bölgələrində ilk qar örtüyü yaranıb, payız mənzərəsi qış görünüşü alıb

Çinin şimal bölgələrində ilk qar örtüyü yaranıb, payız mənzərəsi qış görünüşü alıb

Dünya
26 oktyabr 2026 345 baxış
Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib

Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib

Dünya
26 oktyabr 2026 345 baxış
Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək

Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək

Dünya
26 oktyabr 2026 345 baxış
Uqandada kimlər 21 gün ərzində təcrid şəraitində qalmalı olacaq? - Baku TV

Uqandada kimlər 21 gün ərzində təcrid şəraitində qalmalı olacaq? - Baku TV

Dünya
26 oktyabr 2026 345 baxış
ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Dünya
26 oktyabr 2026 345 baxış
Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV

Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV

Dünya
26 oktyabr 2026 345 baxış
Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI

Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 345 baxış
Seçilmişlər
icon