İsraildə xalq ayağa qalxdı | Etiraz dalğası hər yanı bürüdü
İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza zolağına nəzarəti təmin etmək qərarı fonunda minlərlə insan Təl-Əviv və İsrailin digər şəhərlərində etiraz aksiyası keçirib.
Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
“İsrail Qəzzanı ələ keçirmək üçün planlaşdırdığı missiyaya başlamazdan əvvəl minlərlə etirazçı şənbə gecəsi Təl-Əvivdə və bütün İsrail şəhərlərində toplaşaraq girovlarla bağlı razılaşma və atəşkəsə çağırıb. Girovların ailələri, yaxınları üçün ölüm hökmü anlamına gələcəyini xəbərdar etdikləri plana qarşı ümumi tətilə çağırıblar”, − məlumatda deyilir.
Qəzetin yazdığına görə, bu, İsraildə son ayların ən böyük etiraz aksiyasıdır. Təl-Əvivdə azı 10 min insan toplaşıb.
Qəzet bildirir ki, etirazlar ölkənin onlarla başqa şəhərlərində də keçirilir.
#İsrail teqi istifadə olunub
