İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İsraildə keçirilən parlament seçkilərindən sonra hakimiyyət uğrunda mübarizənin uzun çəkəcəyi ehtimal olunur.
Açıqlanan ilkin "exit-poll"un nəticələrinə əsasən, Qadi Ayzenkotun təmsil olunduğu müxalifət bloku ilə Netanyahunun düşərgəsi demək olar ki, eyni nəticə göstərib. Bu mənzərə tərəflərdən heç birinin hökuməti formalaşdırmaq üçün aydın üstünlüyə malik olmadığının göstəricisidir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 77,7 faiz təşkil edib. Bu da son 20 ildən artıq müddətdə qeydə alınan ən yüksək göstəricidir.
"Exit-poll"un nəticələrinə əsasən, hazırkı hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir. Belə ki, müxalifət bloku 52, Netanyahunun bloku 50, ərəb partiyaları isə 18 mandat qazana bilər.
Qeyd edək ki, hökumətin formalaşdırılması üçün 120 deputatdan ən azı 61-nin dəstəyini əldə etmək lazımdır.
