Pleyeri seçin:
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kosta-Rikada yeni ciddi rejimli həbsxanaya ilk 123 məhbus köçürülüb.
Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, məhbuslar əllərindən və ayaqlarından qandallanmış vəziyyətdə, başları qırxılmış, narıncı geyimlərdə müəssisəyə gətiriliblər. Bu rəngli formalardan ölkənin həbsxana sistemində əvvəllər istifadə olunmayıb.
Paytaxtın kənarında yerləşən Mütəşəkkil Cinayətkarlıq və Yüksək Təhlükəsizlik Mərkəzi oktyabrın ortalarında fəaliyyətə başlayıb. Müəssisə 5 100 nəfər üçün nəzərdə tutulub. Bu isə ölkədəki ümumi məhbus sayının təxminən 20 faizinə bərabərdir.
Prezident Laura Fernandesin hökuməti yeni həbsxananı cinayətkarlığa qarşı mübarizənin simvolu kimi təqdim edir.
Kopyalandı
