Pleyeri seçin:

İsrailin İrana hücumunda diqqətçəkən məqam | “Walla” nəşri detalları açıqladı

28 oktyabr 2024 195 baxış

İsrail Hərbi Hava Qüvvələri İrana qarşı cavab əməliyyatı çərçivəsində uzaqmənzilli ballistik raketlər üçün bərk yanacaq istehsal edən onlarla obyekti məhv edib və bu, Tehranın inventarını artırmaq qabiliyyətinə ciddi ziyan vurub. Bu barədə “Walla” nəşri yazıb.

Bildirilib ki, vurulan hədəflər İranın təkbaşına istehsal edə bilmədiyi və Çindən alınması lazım olan mürəkkəb avadanlıqlar olub.

Nəşr üç anonim İsrail mənbəsinə istinadən qeyd edib ki, hədəflər İranın ballistik raket proqramının kritik komponenti olub.

İsrail mənbələri həmçinin əməliyyat zamanı Tehrandakı nüvə və enerji obyektlərini qoruyan strateji yerlərdəki dörd S-300 hava hücumundan müdafiə batareyasına hücum edildiyini təsdiqləyib. Pilotsuz təyyarələr istehsal edən fabrik və “Parçin” hərbi kompleksində yerləşən obyekt də hücuma məruz qalıb, sonuncularda keçmişdə nüvə silahı üzrə tədqiqat və təkmilləşdirmə işləri aparılıb.

Ərəbdilli “Elaf” qəzeti İsrailin İrandakı gizli ballistik raket zavodunu hədəf aldığını, “Xeybər” və “Hacı Qasım” raketlərini gücləndirmək üçün istifadə edilən çoxlu sayda ağır yanacaq qarışdırıcısını məhv etdiyini açıqlayıb.

Məlumatda ballistik raket zavodunun tamamilə məhv edildiyi vurğulanıb. Mənbə “Elaf”a bunun “İranın raket sənayesinin onurğa sütunu” olduğunu və İsrailin onu “xidmətdən çıxardığını” deyib.

Nəşr məhv edilmiş fabrikin istismara qaytarılmasının ən azı iki il çəkəcəyini hesab edir.

Netanyahu Suriyada yeni bir böhran yaratmağa çalışır?

Netanyahu Suriyada yeni bir böhran yaratmağa çalışır?

Dünya
22 dekabr 2025 195 baxış
Putin Tacikistan Prezidentinə başsağlığı verdi

Putin Tacikistan Prezidentinə başsağlığı verdi

Dünya
22 dekabr 2025 195 baxış
Məşhur simalar narkotik əməliyyatı çərçivəsində saxlanıldı

Məşhur simalar narkotik əməliyyatı çərçivəsində saxlanıldı

Dünya
22 dekabr 2025 195 baxış
Rusiyanın ən böyük neft terminallarından biri vuruldu

Rusiyanın ən böyük neft terminallarından biri vuruldu

Dünya
22 dekabr 2025 195 baxış
İŞİD-lə mübarizə üçün əməkdaşlıq müzakirə olunub

İŞİD-lə mübarizə üçün əməkdaşlıq müzakirə olunub

Dünya
22 dekabr 2025 195 baxış
Tehranın İraqdakı qüvvələrinə qarşı genişmiqyaslı hücum olacaq?

Tehranın İraqdakı qüvvələrinə qarşı genişmiqyaslı hücum olacaq?

Dünya
22 dekabr 2025 195 baxış
Hökumət yəhudilərə qarşı baş verən terrordan narahatdır | Avstraliya

Hökumət yəhudilərə qarşı baş verən terrordan narahatdır | Avstraliya

Dünya
22 dekabr 2025 195 baxış
Putin MDB liderlərini Ermitajda gəzdirdi | Sankt-Peterburqdan görüntülər - Baku TV

Putin MDB liderlərini Ermitajda gəzdirdi | Sankt-Peterburqdan görüntülər - Baku TV

Dünya
22 dekabr 2025 195 baxış
Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi öldürüldü - Baku TV CANLI

Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi öldürüldü - Baku TV CANLI

Dünya
22 dekabr 2025 195 baxış
Rusiya nüvə enerjisi ilə işləyən buzqıran gəmilərini burada yerləşdirib

Rusiya nüvə enerjisi ilə işləyən buzqıran gəmilərini burada yerləşdirib

Dünya
22 dekabr 2025 195 baxış
Seçilmişlər
icon