Pleyeri seçin:

İtkiləri onlara görə verdik | Hakan Fidandan ABŞ-yə ittiham

05 fevral 2024 331 baxış

“ABŞ Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasını bəhanə edərək Türkiyəni F-35 qırıcı proqramından kənarlaşdırıb. Bu səbəbdən Ankara itkilərə məruz qaldı və əməliyyat imkanları zəiflədi”.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“NATO tərəfdaşlarımızdan gözlənilən hava hücumundan müdafiə dəstəyi ala bilmədik və S-400-lə bağlı Rusiya ilə razılaşma əldə etdik. Amerikalılar da Türkiyəni F-35 proqramından çıxarmaq üçün bundan bəhanə kimi istifadə etdilər”, – H.Fidan bildirib.

XİN başçısının sözlərinə görə, Türkiyə F-35 təyyarələrinin təkcə müştərisi deyil, həm də onların komponentlərinin istehsalçılarından biri olub: “Maliyyə itkiləri ilə yanaşı, əməliyyat imkanlarımızı da itiririk. İndi biz bu itkiləri aradan qaldırmaq üçün çalışırıq. Ölkəmizin müvafiq idarələri dəymiş maddi ziyanın ödənilməsi məsələsi üzərində fəal işləyirlər”.

H.Fidan bildirib ki, S-400-lərin alınmasından sonra Türkiyə paralel olaraq özünün yerli “Hisar” qısa, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinin yaradılmasına başlayıb.

“Bununla bağlı Qərb ölkələri ilə tərəfdaşlıq və ya digər növ müqavilələr davam edəcəkmi, bilmirəm. Bu barədə özləri düşünməlidirlər. Milli siyasətimiz ondan ibarətdir ki, biz hava hücumundan müdafiəni həm idxal, həm də yerli istehsal hesabına təmin etməliyik”, – H.Fidan əlavə edib.

Dünyada su ehtiyatları azalır

Dünyada su ehtiyatları azalır

Dünya
18 sentyabr 2026 331 baxış
Ölən və yaralananlar var

Ölən və yaralananlar var

Dünya
18 sentyabr 2026 331 baxış
BMT su çatışmazlığının artıq qlobal tendensiyaya çevrildiyini bəyan etdi - Baku TV CANLI

BMT su çatışmazlığının artıq qlobal tendensiyaya çevrildiyini bəyan etdi - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 331 baxış
Meloni təxribatların Avropadan daha çox Rusiyaya fayda verdiyini bildirdi - Baku TV CANLI

Meloni təxribatların Avropadan daha çox Rusiyaya fayda verdiyini bildirdi - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 331 baxış
Moskva ilə London arasında gərginlik | Böyük Britaniyanı hansı cavab gözləyir? - Baku TV CANLI

Moskva ilə London arasında gərginlik | Böyük Britaniyanı hansı cavab gözləyir? - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 331 baxış
7000-dən çox insanın yoluxduğu virus minlərlə can aldı | Afrikada vəziyyət kritikdir - Baku TV CANLI

7000-dən çox insanın yoluxduğu virus minlərlə can aldı | Afrikada vəziyyət kritikdir - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 331 baxış
Araquaya çayının dayazlaşması ekosistem və su nəqliyyatı üçün yeni risklər yaradır

Araquaya çayının dayazlaşması ekosistem və su nəqliyyatı üçün yeni risklər yaradır

Dünya
18 sentyabr 2026 331 baxış
Alimlər Merkurinin zamanla soyuduqca büzüldüyünü və ölçüsünün azaldığını bildirirlər

Alimlər Merkurinin zamanla soyuduqca büzüldüyünü və ölçüsünün azaldığını bildirirlər

Dünya
18 sentyabr 2026 331 baxış
Alimlər yaşlanmış hüceyrələrin fəaliyyətini yenidən aktivləşdirməyin yollarını araşdırırlar

Alimlər yaşlanmış hüceyrələrin fəaliyyətini yenidən aktivləşdirməyin yollarını araşdırırlar

Dünya
18 sentyabr 2026 331 baxış
2024-cü ildə baş verən kosmik toqquşmanın Ay səthində yaratdığı 222 metrlik çuxur müəyyən edilib

2024-cü ildə baş verən kosmik toqquşmanın Ay səthində yaratdığı 222 metrlik çuxur müəyyən edilib

Dünya
18 sentyabr 2026 331 baxış
Seçilmişlər
icon