Kiyev, Xerson və Lvov bombalandı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələri Ukraynanın üç əsas şəhərinə – Kiyev, Xerson və Lvova intensiv zərbələr endirib. Xerson vilayətinin dövlət administrasiyasının rəhbəri Aleksandr Prokudinin "Telegram" kanalında verdiyi məlumata görə, Rusiya qüvvələri yaşayış məntəqələrinə və enerji infrastrukturlarına hücum edib. Nəticədə Xersonda 2 nəfər həlak olub, 5 dinc sakin isə yaralanıb. Ölkənin qərbində yerləşən Lvov şəhərinin bombalanması zamanı isə 5 nəfər həyatını itirib. Paytaxt Kiyev də səhər saatlarında partlayış səsləri ilə açılıb, lakin Ukraynanın hava hücumundan müdafiə sistemləri şəhər üzərində 10-dan çox "Şahed" pilotsuz uçuş aparatını (PUA) məhv edərək daha böyük itkilərin qarşısını alıb. Bu hadisələr fonunda, Kuba rəsmiləri ABŞ-nin Kubanın Ukrayna müharibəsində Rusiya tərəfini dəstəklədiyi barədə ittihamlarını rədd edib, münaqişədə iştirak edən kubalılarla bağlı heç bir rəsmi razılığın olmadığını bildiriblər.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir
- Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib
- Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV
- Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI
