“Kiyevdəki körpülərin məhv edilməsi üçün...” | Solovyovun məqsədi nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiyalı təxribatçı Vladimir Solovyovun Ukraynadakı bir neçə körpünü, xüsusən də Kiyevdəki körpüləri tamamilə dağıtmağı tələb etməsi informasiya təzyiqinin bir hissəsidir".
Bunu ukraynalı hərbi ekspert Aleksandr Stupak deyib.
A.Stupak belə bəyanatları informasiya təzyiqinin bir hissəsi adlandırıb və onların əsas məqsədinin qorxu yaymaq olduğunu bildirib: “Propaqandanın məqsədi insanları qorxutmaqdır ki, onlar şəhərləri tərk etməyə başlasınlar".
O əlavə edib ki, böyük körpüləri, o cümlədən Kiyevdəkinə bənzər köhnə körpüləri dağıtmaq üçün genişmiqyaslı, hədəfə yönəlmiş zərbələr lazımdır.
Qeyd edək ki, daha öncə Solovyov açıqlamasında Kiyev üzərindən keçən körpülərin məhv edilməli, su anbarının sıradan çıxarılmalı olduğunu bəyan edib.
#Kiyev teqi istifadə olunub
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
- Kiyevin əsas enerji obyektinə ballistik raket zərbəsi | Zelenskidən Qərbə irad - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
